“Ayıq sürücü”nün müştəriləri yol polisinə satması iddiasına DYP-dən CAVAB













Sosial şəbəkələrdə yayılan bir görüntü ayıq sürücü xidməti göstərən şəxs və şirkətlərin yol polisi ilə əməkdaşlığı məsələsini gündəmə gətirib.
Həm yol polisi, həm də ayıq sürücü şirkətləri məsələyə münasibət bildiriblər.

Yol polisi öncə yolayrıcına gəlir, sonda onu görməsinlər deyə avtomobili bir qədər geriyə sürür.

Ayıq sürücünün idarə etdiyi avtomobil isə dayandıqdan və ayıq sürücü maşını tərk edib uzaqlaşandan dərhal sonra yol polisi həmin avtomobilə doğru hərəkət edir.

Bu görüntülər Bakıda bir binanın təhlükəsizlik kamerasına düşüb. Görüntü sosial şəbəkələrdə yol polisi ilə ayıq sürücü arasında işbirliyi olduğu iddiası ilə yayılıb. İddialara görə maşının sahibi ayıq sürücünü yola salandan sonra həyətdə maşını park etmək üçün sükan arxasına oturan kimi onu yol polisləri yaxalayıblar.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi idarəsi də rəsmi münasibət açıqlayıb. İdarənin bölmə rəisi Vaqif Əsədov “XəzərXəbər”ə bildirdi ki, bu iddialar içkili halda olan sürücülərin özlərini müdafiə etmək üçün ortaya atdığı əsassız fikirlərdir. Onun sözlərinə görə hətta əgər sürücü yaşadığı həyətdə belə avtomobilin sükanı arxasına sərxoş halda əyləşibsə bu qanunla yolverilməzdir və yol polisinin inzibati xətanı tətbiq etməsi üçün heç bir maneə yoxdur. Vaqif Əsədov sürücülərə ayıq sürücüyə güvənmədikləri halda özlərinə yaxın bildikləri şəxslərin köməyindən faydalanmağı tövsiyyə edib.

İddialarla bağlı ayıq sürücü xidmətlərindən biri ilə də əlaqə saxladıq. Şirkətin əməkdaşı Renad Əliyev “XəzərXəbər”ə bildirdi ki, əksər hallarda problemlər səyyar şəkildə fəaliyyət göstərən ayıq sürücülərdə baş verir. Onların şirkətində belə halın yaşanmasının mümkünsüz olduğunu bildirən şirkət əməkdaşı sürücülərə bütün lazımı təlimatları öncədən verdiklərini deyir. Belə bir iddia ilə müştərilərdən şikayət daxil olarsa və təsdiqlənərsə həmin sürücü ilə əmək müqaviləsinə xitam veriləcəyini bildirib./“XəzərXəbər”

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər