https://apa.az/upload/images/news/2018/february/04/big/demiryolu-1.jpg












Dövlət başçıları Astara-Rəşt dəmir yolu xəttinin təməlqoyma mərasimində iştirak edəcək
Bu ilin mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi və Astara-Rəşt dəmir yolu xəttinin təməlqoyma mərasimi keçiriləcək



İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru Abbas Nəzəri bildirib.



A. Nəzəri Cənub-Qərb dəhlizi və Qara dənizin Fars körfəzinə birləşdirilməsinin qarşıda duran böyük layihələr olduğunu diqqətə çatdırıb. Bu dəhliz vasitəsilə Avropa ölkələrinin yükləri Polşa, Ukrayna, Gürcüstan, Azərbaycan və İran vasitəsi ilə Fars körfəzinə və Hindistana, o cümlədən digər körfəz ölkələrinə daşınacaq: "Bu layihə ilə bağlı ticari və texniki danışıqlar aparılıb”.



A.Nəzəri Avropadan Astara dəmir yolu vasitəsilə sərnişinlərin də daşınacağını nəzərə çatdırıb: “Bununla bağlı İran, Azərbaycan və Rusiya arasında ikitərəfli və üçtərəfli danışıqlar aparılıb. Texniki və ticari məsələlər üç ölkənin ekspertləri tərəfindən araşdırılmalıdır. İlk mərhələdə üç ölkə İranın Astara terminalından Moskvaya kimi sərnişin qatarların hərəkətini və Moskvadan Fars Körfəzinə kimi yük qatarlarının hərəkətini nəzərdə tutub. Bu dəmir yolu vasitəsilə ən azından ildə 2 milyon ton yük daşınması və gələcəkdə isə bu həcmin 5 milyon tona çatdırılması nəzərdə tutulur".



İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru deyib ki, Azərbaycan Respublikası Astara terminalının tikintisinə 60 milyon dollar, Astara-Rəşt dəmir yolu xəttinin tikintisinə isə 500 milyon dollar investisiya yatırır. /APA

Son xəbərlər

Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır

Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var

Karapetyana qarşı iş açıldı

Almaniyada yoxsulluq zirvəyə çatdı

“Ayaks” ispaniyalı baş məşqçi ilə anlaşdı

Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin əmək haqqı xərcləri 45 % artıb

Özbəkistan və Finlandiya rəqəmsal nəqliyyat və ağıllı mobillik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakıdan Türkiyəyə qatarla gediş-gəliş başladı

Bazarda şok qiymət artımı: Mühərrik yağları 30 faiz bahalaşdı

"Ermənistanı Ukraynanın taleyi gözləyir" - Volodindən XƏBƏRDARLIQ

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

Sabah hava necə olacaq?

Ermənistan-Türkiyə yaxınlaşması regionda güc balansını belə dəyişəcək: Rusiya və İran...

Azərbaycanla dəmir yolunun açılması ilə bağlı Gürcüstandan açıqlama

Xətai rayonunda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar konsert proqramı təşkil olunub+VİDEO

Tramp İsrail və Hizbullahın Livana hücumunu dayandırmaq barədə razılığa gəldiyini bildirib

Müqavimət göstərən sürücü saxlanıldı

Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib

“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir

Netanyahu ilə danışdıqdan sonra Tramp İsrail qoşunlarının Beyruta getməyəcəyini bildirib

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Bakıda evdən 6 min dollar oğurlayan usta saxlanıldı

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Prezident Qurban Qurbanovu təltif etdi

Qubanın 3 kəndinin adı dəyişdirildi

Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı

Bütün xəbərlər