Deputatlar növbədənkənar prezident seçkilərini şərh etdilər













Aprel ayının 11-də keçiriləcək prezident seçkilərində cənab Prezident İlham Əliyevin qələbə qazanaraq, qarşıdakı 7 il müddətində də Azərbaycana rəhbərlik edəcəyinə əminəm.

Bunu bitərəf (müstəqil) millət vəkili Qənirə Paşayeva aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı münasibətini bildirərkən deyib.

“Azərbaycan xalqının böyük əksəriyyətinin yenə də cənab İlham Əliyevi dəstəkləyəcəklərinə də əminəm. Mən də hər zaman olduğu kimi, o, dəstəkçilərdən biri olacam. Ölkəmiz və Millətimiz üçün seçkilər xeyirli və uğurlu olsun, inşallah!”-deyən millət vəkilinin sözlərinə görə, bölgədə gedən ağır proseslər fonunda ölkəmizdə sabitliyin davamı inkişaf üçün ən önəmli məsələdir:

“Xalqımızın da belə düşündüyünə və bu seçkilərdə də ölkəmizdə sabitlik və inkişafa dəstək olacaqlarına əminəm. Allah hər zaman ölkəmizə və xalqımıza yardımçı olsun”.

Digər bitərəf millət vəkili, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva da aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı ölkə Prezidentinin məlum sərəncamını alqışlayıb və təqdir edib:

“Bu Sərəncam da hər birimizin, bütövlükdə xalqımızın ürəyincədir. Çünki xalqımız, Azərbaycan vətəndaşları ölkədə sabitliyin qorunub, saxlanılması, sürətli və dinamik inkişafın bundan sonra da davam etdirilməsi üçün indiki hakimiyyətin iqtidarda qalmasını, konkret olaraq, ölkə

Prezidenti İlham Əliyevin daha 7 il müddətinə prezident olmasını, növbəti 7 il müddətinə mandat almasını istəyir. Əslində Azərbaycan xalqı seçkilərdən öncə də öz müdrik seçimini edib. Azərbaycan xalqının mütləq əksəriyyətinin, bizim hər birimizin seçimi, növbəti dəfə prezident görmək istədiyi insan təbii ki, cənab Prezident İlham Əliyevdir. Başqa cür də ola bilməz.

İlham Əliyev cənabları bunu son 15 illik uzaqgörən və müdrik fəaliyyəti haqq edir. Hər birimiz fəxr edir və qürur hissi keçiririk ki, İlham Əliyev kimi prezidentimiz, liderimiz var. Onun rəhbərlik etdiyi ölkənin vətəndaşı olmaq hər birimiz üçün fəxarətdir. Ona görə də növbədənkənar prezident seçkilərinin elan olunması ilə bağlı məlum sərəncamı bir daha ürəkdən bəyənir, dəstəkləyir və xalqımız, dövlətimiz üçün xeyirli olsun, deyirəm”./Oxu.Az

Son xəbərlər

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Bütün xəbərlər