siyaset
7.02.2018, 12:31
Afrində zərərsizləşdirilən terrorçuların sayı 1000-ə yaxınlaşır

Türkiyə Ordu Baş Qərargahı Suriyanın şimal-şərqində terrorçulara qarşı apardığı əməliyyatın gedişatı ilə bağlı son məlumatları ictimaiyyətə açıqlayıb.
“Zeytun budağı” əməliyyatının başlandığı vaxtdan bu günə kimi 999 terrorçu zərərsizləşdirilib.
Bu barədə Türkiyə Ordu Baş Qərargahının bəyanatında deyilir.
Təkcə son bir neçə gün ərzində Afrində 29 terrorçunun öldürüldüyü bildirilir.
Bəyanata görə, “Zeytun budağı” əməliyyatı təyin olunmuş plan üzrə davam edir.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri 20 yanvar, saat 17:00-da Afrinin PYD/YPG/ PKK və İŞİD terrorçularından təmizlənməsi ilə bağlı “Zeytun budağı” əməliyyatına başlayıb./ Türkiyə KİV


