Ekspert: Qətər qonşularına qarşı İran kartından istifadə edir – MÜSAHİBƏ













Bu yaxınlarda “Əl-Cəzirə” telekanalında yayımlanmış reportaj böyük əks-səda doğurdu.

Reportajda bildirilirdi ki, Səudiyyə Ərəbistanı Krallığı və bir neçə ərəb dövləti Qətərə qarşı blokada tətbiq edir. Bu blokada ucbatından Qətərdən olan zəvvarlar Məkkə və Mədinəyə “kiçik həcc” adlandırılan ümrə ziyarəti edə bilmir.

Telekanal müsəlman zəvvarların sərbəst hərəkəti məqsədilə Məkkə və Mədinədə olan müqəddəs ziyarətgahların idarəçiliyinin İslam dövlətlərindən ibarət beynəlxalq qrupun nəzarətinə verilməsini məqsədəuyğun sayıb.

Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil Əl-Cübeyr buna dərhal reaksiya verib. O, müqəddəs məkanların beynəlxalq nəzarətə verilməsi ilə bağlı tələbləri krallığa qarşı müharibə elanına bərabər tutduğunu bildirib.

Qeyd etmək lazımdır ki, İran əvvəllər oxşar təşəbbüslə çıxış edib. İslam Respublikası bəyan edib ki, müqəddəs məkanlar heç bir dövlətə aid olmamalıdır.

Ər-Riyad-Tehran münasibətlərinin soyuq olduğunu nəzərə alsaq, bu kifayət qədər mübahisəli məsələdir.

Qətərin bəyanatını necə başa düşmək olar və bu dövlət İranla birgə Səudiyyə Ərəbistanına qarşı hansı oyunları aparır?

Oxu.Az-a verdiyi müsahibədə suallarımızı Yaxın Şərq üzrə ekspert, “The Great Middle East” layihəsinin rəhbəri Əli Hacızadə cavablandırıb:

– Səudiyyə Ərəbistanı bildirib ki, Məkkə və Mədinənin beynəlxalq nəzarətə verilməsi ilə bağlı istənilən təklif rəsmi Ər-Riyad tərəfindən müharibə elanı kimi qəbul olunacaq. Oxşar bəyanatla əvvəllər İran da çıxış edib. Dohanın bu bəyanatını necə dəyərləndirirsiniz? Nəyə nail olmağa çalışırlar?

– Bunu müəyyən qədər Doha-Ər-Riyad çəkişmələrindən doğan təxribatçı bəyanat hesab edirəm. Səudiyyə Ərəbistanının təşəbbüsə neqativ münasibət bildirməsi təbii idi.

İstənilən ölkə ərazisinin beynəlxalq idarəçiliyə verilməsi və bu qəbildən olan təkliflərə belə reaksiyası göstərərdi. Oxşar təşəbbüsü Tehran və Qərbdən olan bir sıra İslam qurumları da səsləndirib.

Qətər polemikaya bu yaxınlarda qoşulub. Daha dəqiq desək, Qətər böhranının meydana çıxması və ölkənin bir sıra ərəb dövlətlərinin blokadası ilə üzləşməsi onu bu polemikaya vadar edib.

Bütün dövrlərdə insan kütlələrinə nəzarət və müəyyən siyasi-iqtisadi hədəflərə nail olmaq məqsədilə dindən alət kimi istifadə olunub.

Yüksək texnologiyalar dövründə yaşamağımıza baxmayaraq, müxtəlif qüvvələrin dindən alət, hakimiyyət və təsir mənbəyi kimi istifadə etməyə çalışması hələ də müşahidə olunur.

Bu fonda, əlbəttə ki, dini məkanlar üzərində nəzarət vacib təsir aləti, hakimiyyətin və iddiaların legitimləşdirilməsi vasitəsidir. Heç şübhəsiz, Ər-Riyad və Tehran bunu yaxşı anlayır.

– Söhbət müsəlmanların etiqadı və müqəddəs borcun yerinə yetirilməsindən gedirsə, Səudiyyə Ərəbistanının bu və ya digər ölkələrdən olan zəvvarları ölkəyə buraxmamağa haqqı varmı?

– Kimi buraxıb, kimi buraxmayacağına hər ölkə müstəqil qərar verir. Qətərdən olan zəvvarlara gəlincə, bu məsələdə dəfolunmaz, böyük problemlər yoxdur. Həcc üçün viza almış bütün qətərlilər ziyarətə gedə bilər.

“Qatar Airways”in zəvvarların daşınması prosesinə cəlb olunmaması ilə bağlı rəsmi Doha öz iradlarını bildirib.

İranlı zəvvarlarla bağlı problemlər isə hələ ötən il həllini tapıb.

Səudiyyə Ərəbistanı ilə İran arasında olan ədavəti nəzərə alsaq, iranlı zəvvarlarla bağlı gələcəkdə yeni problemlərin ortaya çıxacağı istisna edilmir.

– Səudiyyə Ərəbistanı ilə Qətər arasındakı münaqişə Doha və Tehranı bir-birinə yaxınlaşdırdı. Necə düşünürsünüz, Doha, Tehran və Ankaranın Səudiyyə Ərəbistanına qarşı birliyi effektivdirmi?

– Deyərdim ki, daha çox Doha Ankaraya yaxınlaşır. Şübhəsiz, Tehran istiqamətində də müəyyən “dreyf” mövcuddur. Bu, daha çox Səudiyyə Ərəbistanının acığınadır.

Əl-Tani İran İslam Respublikasının uzunmüddətli perspektivdə onun düşməni olduğunu yaxşı bilir, nəinki dostu olduğunu. Qətər güclü olduğu dönəmlərin geridə qaldığını nəzərə alır və ərəb qonşularına qarşı İran kartından istifadə edir, üstəlik, bunu ehtiyatlı şəkildə həyata keçirir.

Səudiyyə Ərəbistanına qarşı Doha, Ankara və Tehran birliyindən danışmağa dəyməz. Tehran regiona tək nəzarət etmək istəyir.

Türkiyənin Qətərlə yaxınlaşması və bu ölkədə hərbi bazasını yaratması Tehranı qıcıqlandırır, onun işğalçı meyillərinə mane olur.

Düzdür, İran regionda ABŞ və Türkiyə bazası görmək istəməzdi. İndiki şəraitdə Tehran Qətərə göz yumur. Halic bölgəsində ərəb qonşularına qarşı hibrid qarşıdurmasında Qətər böhranından faydalanmağa çalışır. Uzunmüddətli perspektivdə İranın maraqları bu körfəz monarxiyasının, Türkiyənin və indiki ABŞ administrasiyasının maraqlarından tamamilə fərqlənir./Oxu.Az

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər