hadise
7.02.2018
Zaqatalada 5 otaqlı ev yandı

Zaqatalada yanğın hadisəsi qeydə alınıb.
FHN-in saytı xəbər verir ki, yanğın rayonun Lahıc kəndində ümumi sahəsi 165 m² olan birmərtəbəli 5 otaqlı evdə baş verib.
Nəticədə evin 3 otağının, tavanın və çardağının yanar konstruksiyaları 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


