“Səssiz ölüm”dən necə yaxa qurtarmaq olar? - Bunları mütləq bilməlisiniz…













Ìşinə məsuliyyətsizlik, insanların həm işdə həm də şəxsi həyatında ehtiyatı əldən verməyi, ani bir diqqətsizlik bəzən insan həyatı üçün ciddi təhlükə yarada bilər.

Dövlət və özəl müəssisələrdə işə götürənlər tərəfindən təhlükəsiz əmək şəraiti yaratmaqla insanların təhükəsiz işləmələri təmin edillir (Bunu etməyərək, qanunun tələblərini pozanlar da yox deyil).

Lakin işdən kənar şəxsi həyatda biz öz təhlükəsizliyimizi qorumaq üçün zəruri olan qayda - qanunlara əməl etməliyik. Necə ki nəqliyyatın hərəkət etdiyi yolla piyada getmək, qoruyucu çəpəri olmayan təmir - tikinti gedən binanın altından keçmək, istifadə müddəti keçmiş qida məhsulunu yemək, yayda dənizə çimməyə spirtli içki qəbul edib getmək insan həyatı üçün təhlükəli ola bilər, eləcə də qaz qoxusu gələn otağın işığını yandırmaq çox təhlükəli olduğunu bilmək lazımdır.

XəzərXəbər xəbər verir ki, təhlükəsizlik sahəsi üzrə mütəxəssis Elmar NurəliyevPressClub.Az-a deyir ki, yalnız işığı yandırmamaqla iş bitmir.

Açıq oddan istifadə etmək, elektrik cihazlarından hətta mobil telefondan istifadə etmək lazım deyil. Onun sözlərinə görə, qaz təhlükəsi hiss edilən zaman qapı-pəncərələri açmaq, cərəyanı ayırmaq, FHN-nin 112 qısa çağı mərkəzinə məlumat vermək, digər insanları bacardıqca məlumatlandırmaq lazımdır: "Unutmayın ani bir ehtiyatsızlıq sizin həyatınız üçün təhlükəli ola bilər".

Bəs dəm qazı nədir? Ondan necə qorunmaq lazımdır?

Ekspert izah edir ki, dəm qazı dadsız, rəngsiz və iysiz olduğundan onu hiss etmək olmur. Ancaq dəm qazından zəhərlənmənin əlamətləri vardır: "Ürəkbulanma, qusma, baş ağrısı, baş gicəllənməsi daha ağır formada olduqda qıcolma və hətta adam komaya düşə bilər. Dəm qazından zəhərlənən adama ilk tibbi yardım onu çölə təmiz havaya çıxarmaq, əynində sıxıcı paltar varsa, yavasını açmaq, alnına soyuq kompres qoymaq, arxası üstə uzatmaq, qollarını ovuşdurmaq əgər vəziyyəti ağırdırsa, süuru özündə deyilsə, süni nəfəs vermək və naşatır spirti qoxlatmaq lazımdır. İlk tibbi yardım göstərməklə bərabər təcili tibbi yardımı çağırmaq lazımdır".

Onun sözlərinə görə, dəm qazı yanma prosesi düzgün getmədikdə yaranır. Odunun yanmasından da dəm qazı yarana bilər: "Yanma düzgün getdikdə ayrılan dəm qazı karbon qazına çevrilərək boru vasitəsilə xaric olur. Yanmanın düzgün getməməsinə səbəb kustar üsulla düzəldilmiş qaz sobaları, onların borularında yaranan ara məsəfəsi, qırıq və çatlardır. Bunun üçün qaz sobalarını alarkən sertifikatlaşdırılmış sobaları almaq lazımdır. Evdə olan sobaların təmirə ehtiyac olub-olmadığını yoxlamaq, ildə azı iki dəfə boruları təmizləmək, ümumiyyətlə, evin havasını gündə üç dəfə dəyişmək, hamam otaqlarında nəfəsliyin olmasına diqqət etmək lazımdır"./ xezerxeber.az

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər