Bayılda sürüşmə 6,9 hektar ərazini əhatə edir













"Bayıl yamacındakı sürüşmə sahəsi 6,9 hektar ərazini əhatə edir".

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Nazirlik rəsmisi deyib ki, təhlükəli zonada 106 ev siyahıya alınıb: "Orada ərazinin 70 faizindən çoxu yaşıllıqdır. Şam, zeytun və digər ağaclar əkilib. Sürüşmənin qarşısının alınması üçün müəyyən növ ağacların kökü 15 metrdən artıq getməlidir ki, kütləni saxlaya bilsin. Şamın kökü yana yayılır, dərinə getmir. Orada ağaclar sürüşüb hərəsi bir yamacda qalıb. Müvafiq orqanlar tərəfindən təhlükəli zonaya düşən 106 ev siyahılaşdırılıb, 90 evdən sakinlər çıxarılıb. Sakinlər gündüz evlərinə gəlirdilər, amma gecə yatmağa icazə verilmirdi”.

Ə.Qaralov bildirib ki, Bayılda hər an sürüşmə, çökmə prosesi baş verə bilər: "2004-cui ildən həmin ərazi bizim tərəfimizdən sürüşməyə meyilli ərazi kimi coğrafi koordinatları ilə birlikdə konturlaşdırılıb, hesabat şəklində müvafiq orqanlara təqdim olunub. İndiki proseslər o vaxt verdiyimiz konturların daxilində gedir. Ola bilər ki, vəziyyət 10 gün stabil olsun, 5 il stabil olsun, sonra anidən torpaq sürüşə bilər. Orada ümumiyyətlə tikinti aparmaq olmaz”./© xezerxeber.az

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər