hadise
15.02.2018, 12:06
Bakıda keçmiş məhkumdan 5 kq narkotik götürülüb

Bakı şəhərində keçmiş məhkumdan 5 kiloqram narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mail Ağayevin yaşadığı evə baxış zamanı oradan 5 kiloqram 170 qram marixuana aşkar edilərək götürülüb./APA


