https://a24.az/files/uploads/2018/02/xx-1-651x369.jpg













Son zamanlar mübahisələrə səbəb olmuş dini kitablar haqqında Dövlət Komitəsi münasibət bildirdi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi(DQİDK) son günlər sosial şəbəkələrdə müzakirə olunan və “Müsəlman qalası” adlı kitabın yayımına DQİDK tərəfindən icazə verilməsi barədə səsləndirilən fikirlərə münasibət bildirib.

Dövlət Komitəsinin mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu gün dini mağazalarda satılan dua kitablarının, demək olar hamısı vaxtı ilə çap edilən kitablardır: “Hətta onların bəziləri ötən əsrin 90-cı illərində nəşr edilərək yayılıb. Son 10 ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu qəbildən olan yeni heç bir kitaba icazə verməyib.

Sadəcə, vaxtı ilə çapına və xaricdə çap edilərək ölkəyə gətirilməsinə icazə verilmiş kitabların yenidən nəşrinə etiraz edilməyib. Çünki vaxtı ilə müsbət rəy verilmiş və çap edilmiş kitabları sonradan qadağan etmək hüquqi nöqteyi-nəzərdən çox çətin və mürəkkəb məsələdir. Lakin həmin kitabları çap etdirənlərlə aparılmış söhbətlər nəticəsində onların bir qisminin təkrar nəşri reallaşmayıb”.

Komitə sorğunun cavabında onu da vurğulayıb ki, kimlərinsə xurafat hesab etdiyi məsələlər başqasının inancıdırsa və orada qanunvericiliyə zidd nəsə yoxdursa, icazə verilməlidir: “Çünki dinşünaslıq ekspertizası şəriətə görə yox, hüquqi meyarlara əsasən aparılır. Dinşünaslıq ekspertizası zamanı bir qayda olaraq ekspertin qarşısında “Təqdim edilən ədəbiyyatda dini nifrət və düşmənçiliyə rəvac verəcək fikirlər varmı?”, “Dinlər və məzhəblərarası münasibətlərə xələl gətirəcək fikirlər mövcuddurmu?”, “Ölkədəki mövcud dini duruma, tolerant və multikultural mühitə mənfi təsir göstərəcək fikirlərə yer verilibmi?” sualları qoyulur.

Bu suallardan da göründüyü kimi, dini təyinatlı ədəbiyyatın ekspertizasında əsas məsələ və qarşıya qoyulan məqsəd onun dinə, şəriətə uyğun olub-olmadığını müəyyən etmək deyil, hansı mövqedən yazılmasını və cəmiyyətə, ölkədəki mövcud dini duruma, dinlər və məzhəblərarası münasibətlərə necə təsir göstərməsini müəyyənləşdirməkdir. Çünki dövlət dinə, şəriət məsələlərinə qarışmır və hansı fikrin şəriətə uyğun olub-olmamasını müəyyənləşdirmək daha çox din xadimlərinin və alimlərin işidir”.

Qeyd edək ki, sosial şəbəkələrdə arxasında “dini təyinat”lı yazısı olan “Müsəlman qalası” adlı kitab birmənalı qarşılanmayıb. Kitabda yer alan “Babasil duası”, “Ürəyi gedənlər üçün dua”, “Ağcaqanadın insana toxunmaması üçün dua” başlıqlı yazılar müzakirə mövzusuna çevrilib.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər