hadise
22.02.2018, 11:32
Bakıda faciə: məktəbli qızın meyiti tapıldı

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. dogruxeber.tv Lent.az-a isdinaden xəbər verir ki, Yasamal rayonu 2-ci Alatava qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü
Qabulova Çimnaz Elşən qızı hamam otağında olarkən dəm qazından zəhərlənib. 15 yaşlı qızın meyitini yaxınları aşkarlayıb və bu barədə hüquq-
mühafizə orqanlarına məlumat verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ölümlə nəticələndikdə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, vəfat edən 15 yaşlı Çimnaz Qabulova orta məktəbin 9-cu sinif şagirdi olub.


