hadise
22.02.2018, 11:24
Goranboyda idarə rəisi məmuru döydü

Goranboy rayonunda iş icraçısı döyülüb.
dogruxeber.tv"Report"a istinadən bildirir ki,nəticədə 1973-cü il təvəllüdlü Qızılhacılı kənd sakini Allahverdiyev Sadiq Yaşar oğlu boyun nahiyəsindən
xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsində iş icraçısı kimi fəaliyyət göstərən
S.Allahverdiyev idarənin rəisi Gündüz Bağırov tərəfindən döyülüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.


