dunya
2.03.2018, 08:30
Sarkisyandan Türkiyə ilə bağlı gözlənilməz addım - ləğv etdi

Ermənistan prezidenti Serj Sarkisyan martın 1-də Milli Təhlükəsizlik Şurasının iclasında Türkiyə-Ermənistan protokollarının ləğv edildiyini bildirib.
Bu haqda prezidentin mətbuat katibi Vladimir Akopyan bildirib.
Sarkisyan ötən ilin sentyabrında BMT Baş Assambleyasının iclasında çıxışında bildirmişdi ki, Türkiyə 2009-cu ildə Sürixdə imzalanmış protokolları təsdiqləməsə, Ermənistan 2018-ci ilin yazını protokollarsız qarşılayacaq./publika.az
@dogruxeber.tv
Şikayətiniz varsa Whatsapp 070 289 62 69


