Azərbaycanda satılan qoz-fındıq qorxulu XƏSTƏLİK VAR














Azərbaycanda bazarlarda satılan qoz-fındığın tərkibində qaraciyər serrozu yaradan toksiki maddə var

Novruz bayramı ərəfəsində əhali bayram süfrəsi və şirniyyatlar üçün qoz, fındıq, badam almaq üçün bazarlara üz tutur. Qız-fındıq, ləpənin qiyməti cibimizə uyğun olmasa da Novruza xatir bu ərzaqlardan az da olsa almağa çalışırıq.

dogruxeber.tv sfera.az-a istinadən bildirir ki, Azərbaycanda satılan qız-fındıqla bağlı əhali arasında müxtəlif məlumatlar yayılıb. İddialara görə, qoz və fındıqdan daha çox gəlir götürmək üçün istehsalçılar uzun illərdir ki, bir üsula əl atırlar. Belə ki, qız-fındığı yığandan sonra satışa verməzdən əvvəl uzun müddət nəm yerdə saxlayır, qurutmur, düzgün şəraitdə saxlamırlar. Nəticədə nəm ləpə çəkidə daha ağır gəlir və alıcını aldatmaqla bir kq qoz-fındıqdan daha çox gəlir əldə olunur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu faktı BakuPost-a təsdiqləyib.

Bildirib ki, 4 il əvvəl məhz bu səbəbdən Avropa tonlarla Azərbaycan qozunu geri qaytarıb:

"Çox təəssüf ki, bu məlumat doğrudur. Bizim sahibkarlar çox qazansınlar deyə milləti düşünmür. Yadımdadır, 4 il bundan əvvəl tonlarla Azərbaycan qoz-fındığını Avropaya buraxmadılar. Səbəb tərkibinin zərərli olması idi. Qoz-fındığımızın tərkibində aflotoksin adlı maddə çox idi. Aflotoksin çox zərərli göbələk növüdür".

E. Hüseynov maraqlı bir məqama da diqqət çəkib:

"Sual edirəm ki, Avropanın qəbul etməyib geri qaytardığı o qoz-fındıq necə oldu? Təbii ki, burada əhaliyə satıldı. Aflotoksin göbələyi ilə zəhərli qoz-fındıq və çərəzlər günü bu gün də bazarlardadır. Novruz bayramı ərəfəsində satışa çıxarılan bu qoz-fındığı yoxlayan qurum yoxdur. Azad bazar iqtisadiyyatıdır, istər kəndlisi, istər sahibkarı malını istədiyi kimi satır. Bazarlarda laborarotiya yoxdur".

"Bəs şirniyyatları bişirərkən və yeyərkən bu zərərli maddədən necə qorunmaq olar" sualına mütəxxəsis belə cavab verib:

"Düşünürəm ki, qabıqlı qoz-fındıq və ləpəni alandan sonra qurutmaq artıq bir fayda verməz. Məsləhətlisi odur ki, ləpəni şirniyyatlarda istifadə etməzdən əvvəl yüksək temperaturda qovursunlar və qovrulmuş halda da yesinlər"

@dogruxeber.tv

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər