“Onu siyasətə biz gətirmişik”






Tural Abbaslıdan Cəmil Həsənliyə ağır ittihamlar

Bu günlərdə özünü radikal müxalifət adlandıran bir sıra partiyalar seçki marafonuna qatılan digər siyasi partiyaları və təşkilatları hədəfə alıb. Maraqlıdır ki, radikallar özləri seçkidən imtina etdiyi üçün digər siyasi təşkilatların da bu addımı dəstəkləməsini “israr” edirlər. Hətta ölkədəki siyasi qüvvələrə qarşı düşmənçilik mövqeyi də sərgilənir və sosial media vasitəsilə onların təşkilatları, fəaliyyəti ironiya ilə obyektinə çevrilir. Bir neçə gün öncə AXCP-nin oyuncağı olan Milli Şuranın sədri Cəmil Həsənli də “qonşudan qalma geri” prinsipi ilə müsahibəsində Ağ Partiya və onun sədri Tural Abbaslıya qarşı təhqir dolu ifadələr işlədib. Təbii ki, C.Həsənlinin bu addımı bütün siyasi mühitdə birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, Cəmil Həsənlinin səsləndirdiyi fikirlər nəinki partiya üzvləri, tərəfdarları və hətta sadə insanlar tərəfindən ikrah hissi ilə qarşılandı: “Hər kəs bizim bu günə qədər olan mübarizəmizi də bilir, eyni zamanda C.Həsənlinin fəaliyyəti haqqında da məlumatlıdır. XXI əsrdə heç kim çörəyi qulağına yemir ki, insanlara nağıl danışasan. Ona görə də insanlar bir daha təəccübləndilər, heyrətləndilər ki, adam nə qədər naşükür ola bilər, çəkilən əziyyətlərin qədrini bilməz. Bizim fəaliyyətimiz C.Həsənlinin prezident seçkilərində iştirakı ilə məhdudlaşmayıb. Özüm 2000-ci ildən müxalifətdəyəm və həyatımın tən yarısını bu yolda mübarizəyə həsr etmişəm. Hansı ki, həmin dönəmlərdə C.Həsənli öz partiyasından imtina edib parlamentə getdi və 2005-ci ildə AXCP sədri Əli Kərimlinin bəyan etdiyinə görə partiyadan da qovuldu. O da 5 il ərzində rahat deputatlığını etdi və bu dövrdə dövlət rəhbərliyində təmsil olunan insanlarla birgə kitablar yazdı. Bu kitabların ön sözlərində bəzi məmurlara mədhiyyələr həsr etdi. Hətta C.Həsənlinin parlament çıxışlarında da indiki müxalif mövqeyi heç bəlli olmayıb. Ardınca isə xalqın malını talayan keçmiş nazir Fərhad Əliyevin hüquqlarının müdafiə komitəsinin rəhbəri oldu və bu da heç kəsə sirr deyil. Bu gün istənilən qəzet baş redaktoru rahat şəkildə deyə bilər ki, C.Həsənli bir əlində Fərhad Əliyevin məktubu və digər əlində onun verdiyi pulla redaksiyanın qapısında dayanırdı”.

T.Abbaslının sözlərinə görə, onlar 2013-cü ildə C.Həsənlini R.İbrahimbəyovun dublyor namizədi kimi nəzərdə tutublar: “O zaman C.Həsənlini namizəd edən Müsavat Partiyası və AXCP idi. Həmin vaxt Müsavat Partiyası Divanın üzvü idim. Bu mənada belə demək mümkündürsə, Cəmil Həsənlini siyasətə biz gətirmişik, o, bizi yox. O bizim qarşımızda öhdəlik götürmüşdü ki, seçilsəydi belə 2 ildən sonra istefa verəcəkdi və ümumiyyətlə siyasətdən çəkiləcəkdi. Yəni 2013-cü ildə siyasətçi deyil, ziyalı bir insan olaraq C.Həsənlinin üzərində dayanıldı. Bu da ona görə baş verdi ki, Rafiq Əliyev və Mehman Əliyev bu təkliflə razılaşmadılar. C.Həsənli Milli Şuraya məhz belə rəhbər oldu və bu qurumun vahid namizədi kimi irəli sürüldü. Yoxsa, o, xüsusi siyasi savadına, yaxud da hansısa mübarizəsinə görə vahid namizəd olmamışdı. Adam 2013-cü il seçkilərinin havasına necə düşübsə, indi özünü siyasi müxalif hesab edir. Hətta özündə insanlara müxalifət va ya qeyri-müxalifət “lisenziya”sı vermək hüququ görür. Fikrimcə, bu da yaşlılıqdan irəli gələn məsələlərdir ki, insan mühakimə hissini itirir, özünü bəyənməyi çoxalır, bir az da maniya yaranır. Bir daha bəyan edirəm ki, bizim nə C.Həsənlidən, nə onun liderindən, nə də özünü müxalifətin monopolisti hesab edən kimlərdənsə “lisenziya” almaq fikrimiz yoxdur. Biz müxalif partiyayıq, onlar istəsə də, istəməsə də bu, belədir. Bizim üçün xalqın qiyməti önəmlidir, bunların və ya ətraflarının yox. Bəyənmirlərsə, dünəndən bəyənməsinlər. Bu gün hakimiyyətdən qaçan Arif Məmmədov kimilərinə müxalif deyirlərsə, onların anlayışı bura qədərdir. Ümumiyyətlə, bunlara cavab verməyi vaxt itkisi hesab edirəm. Zatən zaman bunları bitirib. Çünki 20 ildir xalqa heç nə verməyiblər və verə də bilməzlər. C.Həsənli bir partiyamızın adına ironiya ilə yanaşır. Ağ Partiyaya sarı, qırmızı deyən C.Həsənli ilə “milli şuriklər” deyənlərin arasında heç bir fərq görmürəm. İnsanın dediyi sözü sübut etməsi onun şərəf məsələsidir. Ona görə də C.Həsənlini debata dəvət edirəm, gəlsin dediyi sözü müdafiə etsin. Əgər debata gəlməyəcəksə, deməli, dediyi sözün üstündə duracaq şərəfə layiq deyil”.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər