Göyçayda imzatoplama kampaniyası başlayıb:Mehdi Səlimzadəyə qarşı










Göyçay rayon sakinləri adından şikayət məktubu daxil olub. Məktubda Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin yarıtmaz fəaliyyətindən, rayon sakinlərinin kütləvi narazılığından bəhs olunur. Biz yazıda yer alan ittihamlarla bağlı qarşı tərəf olaraq Göyçay Rayon İcra Hakimiyyətinin də mövqeyini öyrənmək istədik. Təəssüf ki, uzun sürən ötür-ötür oyunundan sonra bu istiqamətdəki çabalarımız nəticəsiz oldu. Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:

“Artıq 5 gündür ki, Göyçay rayon sakinləri imza toplamağa başlayıblar. Göyçay rayon sakinlərini intihar həddinə çatdıran icra başçısı Mehdi Səlimzadənin və qohumlarının özbaşınalıqlarından, qanunsuz əməllərindən Prezident İlham Əliyevə şikayət məktubu yazılıb. Artıq 5 gündür həmin şikayət ərizəsinə 3000 -dən çox rayon sakini imza edib.Həmin ərizəni sabah Bakı şəhərindən poçt vasitəsi ilə Prezident cənab İlham Əliyevə göndərəcəyik. Şikayət ərizəsində icra başçısı Mehdi Səlimzadənin və qohumlarının rayon sakinlərinə qarşı etdikləri özbaşınalıqlar əks olunub.Azərbaycanın bütün rayonlarında ümümilli lider Heydər Əliyevin adını daşıyan istirahət parkı olsa da Göyçay kimi böyük rayonda belə bir park yoxdur. Mehdi Səlimzadə rayon mərkəzində belə bir parkın yaradılmasına səy göstərməsə də öz şəxsi biznesini genişləndirmək məqsədi ilə idarə-müəssisə rəhbərlərindən pul toplamaq kampaniyasına start verib.Təkcə Göyçay rayon Xəstəxanasının baş həkimindən, Təhsil Şöbəsinin müdirindən və Maliyyə İdarəsinin rəhbərinin hər birindən 30.000 manat pul tələb edib. Bu pulu isə rayonda yeni açılmış və genişləndirilmə işləri hazırda davam etdirilən Təzə Bazarın asfaltlandılıması üçün yığılır. Mehdi Səlimzadənin yeni açdığı Təzə Bazarın tikilib başa çatdırılması üçün tələb etdiyi pulun yığılması üçün idarə müdirləri öz işçilərinin maaşlarından pul tutrlar ki, bu da kütləvi narazılıqlar yaradıb. Artıq Göyçay sakinləri bu bazara təzə azar adı veriblər. Çünki bu bazar sevdası ilə yaşayan icra başçısının tələbləri kasıb insanların cibindən çıxarılır. Göyçayda hazırda rayon sakinləri bayram əhval ruhiyyəsində deyil, matəm içindədir. Mehdi Səlimzadənin Təzə Bazarı camaata bəla olub. Göyçay rayonunda 4 kolxoz bazarı var ki, beşincisinə heç bir ehtiyac yox idi. Bilmirik Mehdi Səlimzadəni Göyçaya icra başçısı təyin ediblər, yoxsa bazar müdiri. Mehdi Səlimzadə demək olar ki, hər gün özünə məxsus Təzə Bazara başının dəstəsi ilə gəlib, gəzib baxır. Bu biabırçılıqdır ki, belə hal Azərbaycanın heç bir rayonunda baş vermir. Göyçayda hamı Mehdi Səlimzadəyə bazarkom deyir.

Biz 11 apreldə məmuniyətlə İlham Əliyevin namizədliyini dəstəkləyib, ona səs verəcəyik. Hörmətli Prezidentimizdən çox-çox xahiş edirik yarıtmaz bazar fəaliyyəti ilə insanları cana yığan, dövlətdən narazı salmağa çalışan Mehdi Səlimzadəni vəzifəsindən uzaqlaşdırasınız. Cənab Prezident, bu insan bazar siyasəti ilə Göyçayı idarə edir nəticədə insanlar əziyyət- zülm çəkir. Bizim əmək haqqımız nə üçün bu yaramazın yaratdığı Təzə Bazarın tikintisinə sərf olunmalıdır? Xahiş edirik tədbir görəsiniz”./Yenixeber.org


Babayeva Dursun Ramiz qızı
Əliyeva Dilşad Faiq qızı
Sadıqov Camal Kamil oğlu
İsmayılov Novruz Sabir oğlu
Həsənova Nüşabə Allahverdi qızı
Məmmədov Zeynal Cavanşir oğlu
Qasımov Azər Soltan oğlu
Xəlilov Orxan Ərəstun oğlu

@dogruxeber.tv

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər