Deputat Artur Rasizadədən danışdı











“Azərbaycanda artıq islahatlara start verilib və bu, davam etdiriləcək. Biz müəyyən kadr islahatlarının da şahidi olacağıq. Həmçinin bəzi dövlət orqanlarının birləşdirilməsi, ləğvi baş verəcək”.
Bunu “Yeni Müsavat”a müsahibəsində millət vəkili Vahid Əhmədov deyib. O, bildirib ki, bu proses apreldə keçiriləcək prezident seçkiləribndən sonra da davam etdiriləcək: “Çünki İlham Əliyevin prezidentliyi dövründə biz vaxtaşırı bunların şahidi olmuşuq. 2018-ci il prezident seçkilərindən sonra ola bilər Konstitusiyaya uyğun olaraq yeni hökumətin tərkibi qurulsun, müəyyən kadr dəyişiklikləri həyata keçirilsin. Əlbəttə, bütün bunlar cənab prezidentin səlahiyyətində olan məsələlərdir. Bu addımlar da ölkənin iqtisadi inkişafına müsbət təsirini göstərəcək”.
vahid_1484123520V. Əhmədov baş nazir Artur Rasizadənin vəzifəsi ilə vidalaşacağı haqda yayılan məlumatlara da münasibət bildirib: “Birincisi, Artur Rasizadə kifayət qədər təcrübəli şəxsiyyətdir. Mən uzun müddət onunla bir yerdə, maşınqayırma sahəsində işləmişəm və həmişə də yaxın münasibətlərimiz olub. İndi də yaxın münasibətlərimiz var. Baş nazir kimi, əlbəttə, işlədiyi dövr ərzində öz fəaliyyəti ilə iqtisadiyyatımıza müsbət təsirini göstərib. Amma yaş hər şeyi həll edir. İnsanın fiziki göstəriciləri, işləmə müddəti var. Mən Artur müəllimlə mütəmadi olaraq əlaqə saxlayıram, həftədə bir dəfə, ayda 2-3 dəfə telefonla danışırıq, bəzi məsələləri müzakirə edirik. Kifayət qədər ağlı, savadı yerində olan bir şəxsdir və onda elə bir narahatlıq hiss etmirəm. Amma yenə deyirəm, sağlamlığı ilə əlaqədar hansısa məsələlər ola bilər.

artur_rasizade_230715İkincisi də, cənab prezidentin səlahiyyətində olan məsələdir, yeni hökumət mütləq qurulmalıdır. Fikir verirsinizsə, son vaxtlar gənclərə çox böyük üstünlük verilir, cavan nazirlər təyin olunur, onların arasında özünü doğruldanlar da, doğrultmayanlar da var. Lakin yaşlı nəsildən də istifadə etmək lazımdır, çünki təcrübə çox böyük əhəmiyyət kəsb edir. Artur Rasi-zadənin uzun müddət işləməsində də məhz onun islahatdan hökumətə gəlməsi və uzun müddət Heydər Əliyevlə bir yerdə çalışmasının rolu olub”.

@dogruxeber.tv


Deputat Artur Rasizadədən danışdıDeputat Artur Rasizadədən danışdı

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər