hadise
15.03.2018, 11:27
20 Yanvar metrostansiyası yaxınlığında qanlı hadisə

Bakının 20 yanvar metro stansiyası yaxınlığında bıçaqlanma hadisəsi baş verib.
24 yaşlı Bağırlı Amal Məhərrəm oğlu tanımadığı iki nəfərlə mübahisə edib. Nəticədə o, döyülüb və naməlum iki şəxsdən biri tərəfindən iki bıçaq zərbəsi alıb.
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları araşdırma aparır./: report
@dogruxeber.tv


