hadise
19.03.2018, 11:00
Gecə klubunda kütləvi dava: bıçaqlanan var

Yasamal rayonunda iaşə obyektində dava zamanı bir nəfər xəsarət alıb.
Hadisə İzmir küçəsində baş verib. Həmin küçədə yerləşən "Solfeggio Lounge & Club"da əlbəyaxa dava olub. Gecə saatlarında 1991-ci il təvəllüdlü Rəhimov Tərlan Aydın oğlu naməlum şəxslərlə əlbəyaxa dava edib. Naməlum şəxslərdən biri ona bir neçə bıçaq zərbəsi endirib.
Yaralı təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib/"Report"
@dogruxeber.tv


