gundem
21.03.2018
Gürcüstanda aztəminatlı azərbaycanlı ailələri belə sevindirdilər

Gürcüstanın Saqareco rayonunun rəhbərliyi Novruz bayramı münasibətilə azərbaycanlıların yaşadığı kəndlərə baş çəkib.
dogruxeber.tv apa-ya istinadən xəbər verir ki, Gürcüstan bürosunun məlumatına əsasən, rayonun icra başçısı Giorgi Erbotsonaşvili və digər rəsmi şəxslər aztəminatlı azərbaycanlı ailələrlə görüşüb.
Rayonun rəhbər şəxsləri azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib və onlara bayram sovqatları verib.


