dunya
22.03.2018, 08:54
Gürcüstanda zəlzələ olub

Gürcüstanda 3,2 bal gücündə zəlzələ baş verib.
dogruxeber.tv-ın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Yerli vaxtla saat 03:46-da qeydə alınan yeraltı təkanların episentri Tbilisidən 86 km qərbdə, ocağı isə 1 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.


