Sarkoziyə qarşı ittiham irəli sürülüb - YENİLƏNİB-1











İstintaq orqanları tərəfindən Fransanın sabiq prezidenti Nikolya Sarkoziyə qarşı ittiham irəli sürülüb.

dogruxeber.tv-in məlumatına görə, bu barədə “Le Monde” xəbər verib.

Məlumata əsasən, keçmiş dövlət başçısı korrupsiya və Liviyaya məxsus dövlət vəsaitlərinin gizlədilməsində ittiham edilib.

Dindirilmədən sonra sərbəst buraxılan N.Sarkozi polis nəzarəti altında qalacaq. Eks-prezident ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

22:36


Ötən gün hüquq-mühafizə orqanları tətəfindən saxlanılan Fransanın sabiq prezidenti Nikolya Sarkozi bu axşam sərbəst buraxılıb.



dogruxeber.tv -ın məlumatına görə, bu barədə BFMTV telekanalı xəbər verib.

Məlumata görə, sabiq dövlət başçısının dindirilməsi ümümilikdə 25 saat davam edib.


12:42


Liviya hakimiyyəti tərəfindən 2007-ci ildə seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün dünən saxlanılan Fransanın sabiq prezidenti Nikola Sarkozi ötən gecəni Parisdə evində keçirib.



dogruxeber.tv-ın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 08.00-da N. Sarkozi yenidən ifadə vermək üçün yenidən Nanter şəhərində yerləşən Korrupsiya, maliyyə və vergi pozuntuları ilə mübarizə üzrə Mərkəzi İdarəyə gəlib.

Fransa qanunvericiliyinə əsasən, N. Sarkozi 48 saata qədər saxlana bilər. Bu müddətdən sonra isə ya ona qarşı ittiham irəli sürülməli, ya da ittiham irəli sürülmədən azadlığa buraxılmalıdır.

Qeyd edək ki, dünən Fransanın sabiq prezidenti N. Sarkozi ilə bərabər onun prezidentliyi dövründə bir sıra nazir postlarını tutmuş Bris Ortyefyo da saxlanılıb. N. Sarkozi və B. Ortyefyo sabiq prezidentin seçki kampaniyasının 2007-ci ildə Liviya tərəfindən qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb. Nanter şəhərində Korrupsiya, maliyyə və vergi pozuntuları ilə mübarizə üzrə Mərkəzi İdarəsində hər iki şəxsin ifadəsi alınıb.

Liviya hakimiyyəti N. Sarkozinin prezident seçkiləri kampaniyasını maliyyələşdirdiyini ilə dəfə 2011-ci ilin martında bəyan edib. Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafi "Euronews" telekanalına müsahibəsində həmin vaxt prezident postunu tutan N. Sarkozinin Liviya hökumətindən maliyyə yardımı almasını etiraf etməsini istəmişdi. Daha sonra Fransada müstəqil jurnalistlərin apardıqları araşdırma bu məlumatı təsdiqləyib. Vasitəçilər də istintaqa ifadələrində Liviyadan gətirilmiş bir neçə çamadan pulu N. Sarkozinin nümayəndələrinə verdiklərini bildiriblər. Söhbət 5 milyon avrodan çox puldan gedir. N. Sarkozi isə indiyə qədər bunu təkzib edib.

Xatırladaq ki, N. Sarkozi bundan əvvəl "L'Oreal" şirkətinin sahibi Lilian Bettankur tərəfindən 2007-ci ildə seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı saxlanılıb, daha sonra bu işlə bağlı ittiham üzərindən götürülüb.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər