İcra başçısı keçidi bağladıb, deputat obyekt tikdirir – Reportaj














Piyadalar üçün şərait isə qətiyyən nəzərə alınmayıb
Bakının Rəsulzadə qəsəbəsində piyada keçidini bağlayaraq magistral yolun üstündə obyekt tikirlər. Nyus.Az azeuronews.com-a istinadən xəbər verir ki, bu barədə “Qanun” nəşriyyat evinin direktoru Şahbaz Xuduoğlu məlumat yayıb. Fotolardan aydın olur ki, tikintidə heç bir norma və qaydalar gözlənilməyib.

Millət vəkilinin “Favorit”liyi

Piyadalar üçün şərait isə qətiyyən nəzərə alınmayıb. Avtomobil saxlanması üçün yer də nəzərdə tutulmayıb. Sakinlərin sözlərinə görə, piyada keçidinin bağlanması onların gediş-gəliş imkanınını çətinləşdirib. Onlar deyirlər ki, bu hal misli görünməmiş qanunsuzluqdur. Binəqədi icra hakimi Xaləddin İsgəndərovu qınayan sakinlər deyirlər ki, ərazini satan özüdür.

Feysbukda yazılan şərhlərin birində qeyd olunub ki, həmin obyekt deputat hacı Madər Musayevə aiddir. Binəqədinin deputatı olan hacı Madər biznesmen kimi da çox tanınır. Hacı Madər Milli Məclisin iclaslarında da mütəmadi iştirak etmir. Ona növbətçi deputat da söyləmək mümkündür. Çünki Binəqədinin millət vəkili Milli Məclisin iclaslarında darıxır. Ona parlamentdə gedən müzakirələr maraqlı gəlmir. O baxımdan sessiyalarda, iclaslarda gedən qızğın polemikalar, qanun layihələrinin müzakirəsinə qatılmır. M.Musayevin belə olmasını həmkarları da qəbul ediblər. Hacı Madər “ağzına su alıb oturan” deputatların siyahısında başda gedir. O, ard-arda 5 dəfə millət vəkili seçildiyi Binəqədidə əsl biznes toru qurmağı bacarıb. Bu baxımdan yalnız deputata bağlılığı şübhə doğurmayan “Favorit” marketlər şəbəkəsinin adını çəkmək yetərlidir. Məlumatlara görə, Madər Musayevə məxsus “Favorit” marketlər şəbəkəsi 2013-cü ilin avqustundan fəaliyyətə başlayıb.

Bələdiyyə sədri ilə bazarlıq

Sözügedən marketlər şəbəkəsi M.Musayevə məxsusdur, sadəcə, yaxın adamlarının adına sənədləşdirilib. Bundan əlavə, Hacı Madərin adamı olaraq bilinən Biləcəri bələdiyyə sədriiİlham Xəlilov qəsəbəni demək olar ki, deputat və özü üçün özəlləşdirib. Elə bu üzdəndə bu gün Biləcəridəki bütün böyük ticarət obyekləri və ət dükanları keçmiş qəssab, bu günkü millət vəkili Hacı Madər Musayevə məxsusdur. Məhz bu xidmətin qarşılığında Hacı Madər İlham Xəlilovu qoruyur.

Qeyd edək ki,Milli Məclis hələ Ali Sovet olan vaxtdan, 1990-cı ildən hər kəsin Hacı Madər kimi tanıdığı Madər Musayev deputatdır. Azərbaycanda 4-5 deputat var ki, bütün çağırışlarda millət vəkili seçiliblər, onlaradan biri də Hacı Madərdir. Hacı Madər həm də Milli Məclisdə “ağzına su alıb” oturan deputatların başında gəlir. Bu günə kimi Hacı Madərin hansısa təklifi irəli sürdüyünü heç kim nə görməyib, nə də eşitməyib.

Zahid Oruca “pas” vermək…

Hacı Madər hətta o qədər az danışandır ki, bir dəfə öz danışmaq hüququnu Zahid Oruca verib.

Onu da deyək ki, millət vəkili o vaxt niyə Müstəqillik Aktına imza atmamasından danışmışdı. Onun sözlərinə görə, adı müstəqilliyə imza atmayanlar arasında olsa da, bunu ondan istəyib-istəmədiyini soruşmayıblar: “Həmin vaxt kimsə mənə yaxınlaşıb soruşmamışdı ki, “sən müstəqillik istəyirsən, yoxsa, yox?! Əsarətdə yaşayan xalq necə müstəqilliyə yox deyə bilər ki! Bəlkə də, həmin ərəfələrdə söhbət əsnasında müstəqilliklə bağlı danışıqlar olub və mən də “Müstəqillik Aktına imza atmayacam” demişəm. Amma, konkret olaraq, “müstəqillik istəmirəm” deyib canfəşanlıq göstərməmişəm”.

Deputatın bu açıqlaması özünü ifşa etməkdir. Sanki Hacı Madərə dəvətnamə göndərməli, ondan ayrılıqdan müstəqillik barədə soruşmalıydılar…



İcra başçısı keçidi bağladıb, deputat obyekt tikdirir – Reportaj



İcra başçısı keçidi bağladıb, deputat obyekt tikdirir – Reportaj



İcra başçısı keçidi bağladıb, deputat obyekt tikdirir – Reportaj


İcra başçısı keçidi bağladıb, deputat obyekt tikdirir – Reportaj



İcra başçısı keçidi bağladıb, deputat obyekt tikdirir – Reportaj

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər