Putin bu zabitləri orduya çağırdı - Müharibə...










Putin seçkidən dərhal sonra ehtiyatda olan zabit və əsgəri heyəti iki aylıq təlimə çağırmaqla rus ordusunun hazırlıq səviyyəsini qaldırmaq istəyir.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin ehtiyatda olan hərbçilərin təcili hərbi hazırlığa çağırılması barədə fərmanını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Putinin əsas məqsədi ehtiyatda olan hərbçilərin sayını müəyyənləşdirmək, lazım gələrsə, onları hərbi xidmətə çağırmaq məqsədi güdür:



"Bu qərarı Putinin müharibəyə hazırlıq görməsi kimi də dəyərləndirənlər var. Açıq demək lazımdır ki, Putin rus ordusunun hazırlıq səviyyəsini qaldırmaq istəyir. Yeltsin dövründən hərbi xidmət keçmiş şəxslər əlavə hazırlıq üçün hərbi toplantılara çağırılmırdı. Putin ilk dəfədir ki, bunu həyata keçirir. SSRİ dağıldıqdan sonra bu təcrübə yeganə Azərbaycanda uzun illər həyata keçirildi. İndi artıq Rusiya da 40 yaşı tamam olmayan, hərbi xidmət keçmiş və sağlamlığı yerində olan şəxsləri hərbi toplantıya cəlb etməklə onları yenidən hərbi xidmətə cəlb edir. Zənnimcə, bu, həmin şəxslərin hərbi xidmətə yenidən daha yetkin səviyyədə hazırlanması məsələsidir. Rusiya onların içərisində muzdlu xidmət etmək istəyənləri muzdlu qoşunlara cəlb etmək barədə fikirləşə bilər. Çünki Rusiya tədricən muzdlu qoşun hissələri yaradır və bunu da bir qayda olaraq ya hərbi xidməti yenicə başa vurmuş, ya da hərbi xidməti bir müddət əvvəl başa vurmuş, sadəcə olaraq, hərbiçi kimi xidmət etmək istəyən şəxslərdən formalaşdırır. Bu praktika Putinin yeni ordu quruculuğu strategiyasının tərkib hissəsidir".

Politoloq qeyd edib ki, Kreml uzun müddətdir Rusiya Silahlı Qüvvələrinin və onun müxtəlif növlərinin təkmilləşdirilməsi, döyüş hazırlığı qabiliyyətininin yüksəldilməsi ilə məşğuldur:

"Eyni zamanda, yeni döyüş texnikasının hazırlanması istiqamətində də çox ciddi vəsaitlər ayrılır. Rusiyanın hərbi sənaye kompleksi son 10 ildə ən çox sifariş alan və ən çox işləyən sahələrdən birinə çevrilib. Bunun nəticəsində bir çox yeni silah və texnika istehsal edilib. Zənimcə, Putin SSRİ dönəmində olduğu kimi, rus ordusunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirmək istəyir. Sözsüz ki, Putinin burada müəyyən siyasi hədəfləri var. Bunları həyata keçirmək üçün onun arxasında yaxşı hazırlanmış qoşun kontingenti olmalıdır ki, qarşıya qoyulan məqsədlərə də nail olmaq mümkün olsun. Rusiyanın bu addımlarını militaristləşmə də adlandırmaq olar. Düzdür, bu sarıdan Qərbi üstələyə bilməsə də, hər halda, sürətli silahlanma rus xarakterinin ayrılmaz bir hissəsidir və Putin bu məsələni də uğurla həyata keçirir".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan hərbçilərin təcili hərbi hazırlığa çağırılması barədə fərman imzalayıb.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər