Rusiyadakı yanğında ölənlərin sayı 48-ə çatıb

Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı” ticarət-əyləncə mərkəzində baş vermiş güclü yanğın söndürülüb.
Yanğın nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb. Rusiya Fövqəladə Hallar Nazirliyi bu faktı təsdiqləyib.
Məlumata görə, yanğın zamanı 37 nəfərin öldüyü bildirilimişdi, daha sonra ticarət mərkəzinin kino zalının ərazisindən 11 nəfərin meyiti tapılıb. Hadisə zamanı 27 nəfər itkin düşüb.
**
Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
İndiyədək 43 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə zamanı 69 nəfərin itkin düşdüyü təsdiqlənib.
***
Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ticarət mərkəzində yanğın baş verib.
Yanğında ölənlərin sayı 12-yə çatıb, 43 nəfər isə xəsarət alıb. 13 nəfərin itkin düşdüyü bildirilib.
Rusiya Fövqəladə Hallar naziri Vladimir Puçkov hadisə yerinə gedib. Hadisənin səbəbi araşdırılır və bununla bağlı cinayət işi açılıb.


