dunya
4.04.2018
Ticarət mərkəzində YANĞIN: Ölən və yaralananlar var - VİDEO

Moskvada ticarət mərkəzlərinin birində yanğın hadisəsi baş verib.
dogruxeber.tv Trend-ə istinadən xəbər verir ki, yanğın "Persey dlya detey" ticarət mərkəzində qeydə alınıb.
Fövqəladə xidmətdən verilən məlumata görə, alov ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən anbarda başlayıb.
Hazırda ticarət mərkəzində olan bütün heyət təxliyə edilir.
Xəsarət alanların olduğu ehtimal edilir.


