Azərbaycanda bir günə evlərə dövlət reyestrindən çıxarış veriləcək








Ərizənin sürətləndirilməklə icrası zamanı xidmət haqlarının tarifləri Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən artırma əmsalları ilə hesablanacaq

Nazirlər Kabineti “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na dəyişikliklər edib. APA-nın məlumatına görə, dəyişikliyə əsasən Qaydaya “Ərizənin sürətləndirilməklə icra edilməsi” başlıqlı yeni hissə əlavə edilib.
Beləliklə, ərizəçilərin təqdim etdikləri ərizə onların istəyi əsasında icra müddəti sürətləndirilməklə qəbul ediləcək.

İcra müddəti sürətləndirilməklə qəbul edilən ərizələrin icrası daxil olmuş əvvəlki ərizələrin qanunla müəyyən edilmiş müddətdə icrasını ləngitməmək şərtilə həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələr icra müddəti sürətləndirilməklə bir, üç və yeddi iş günü müddətində icra olunacaq. Qeydiyyat müddəti mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar uzadıldıqda, ərizələr ümumi icra müddəti sürətləndirilməklə iki, beş və on iş günü müddətində icra ediləcək. İpotekanın dövlət qeydiyyatı ilə bağlı ərizələr icra müddəti sürətləndirilməklə bir və iki iş günü müddətində icra olunacaq.

Bu ərizələrdə sürətləndirilmiş icra müddəti, ərizəçilərə verilən təsdiqetmə bildirişlərində isə sürətləndirilmiş icra tarixi göstəriləcək. Həmin məlumatlar elektron daşıyıcılarda aparılan daşınmaz əmlakın dövlət reyestrində də qeyd olunacaq. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına dair ərizənin sürətləndirilməklə icrası zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi xidmətlərə görə xidmət haqlarının tarifləri Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən artırma əmsalları ilə hesablanacaq.


dogruxeber.tv

Son xəbərlər

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Bütün xəbərlər