Ziya Məmmədovun revanşı... - Yoxsa...












Bir neçə gün əvvəl ölkənin bir sıra saytlarında “Azərbaycanın media holdinqi Türkiyədə xəbər kanalı açır” sərlövhəli yazı dərc olundu

Həmin məlumatda qeyd edilirdi ki, Azərbaycanın ən iri media holdinqi kimi təqdim edilən “Global Media” şirkəti İstanbulda “Cine 5” və “Kanal 6” telekanallarının ofisinin yerləşdiyi binada bu istiqamətdə 3 aydır intensiv hazırlıq işləri aparır. Yeni açılan kanalın adı TR24 olacaq. Kanalın idarə heyəti rəhbərinin Elnur Abdullayev, baş direktorunun isə jurnalist, Anonsu verilən bu işin qlobal bir layihə olduğuna şübhə yoxdur.

Ən maraqlısı isə budur ki, “Global Media”nın 8 televiziya kanalına, 4 internet portala və 2 qəzetə nəzarət etdiyi vurğulanır. Sözügedən şirkətlə bağlı verdiyimiz axtarışlarda onun indiyə qədər Azərbaycanda hansısa bir işə imza atdığına dair məlumata rast gəlmədik. Türkiyədə telakanal açmağın asan bir iş olmadığını nəzərə alsaq, onda bu kanalın arxasında kimin durduğu və hansı maliyyə hesabına ərsəyə gəldiyi sual doğurmaya bilməz. Bir neçə gün əvvəl Virtualaz.org Türkiyədəki qaynaqlara istinadən bildirib ki, “Global Media” qrupu bu ölkədə açmağa hazırlaşdığı xəbər telekanalı üçün indiyə qədər azı 4 milyon dollar xərcləyib, daha bir neçə milyon dollar da xərclənməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, “Global Media”nın rəhbərliyində təmsil olunan şəxslərin əksəriyyəti Azərbaycan mediasına tanış isimlər olmasa da, baş direktor kimi təqdim olunan Məmməd Gülməmmədovun kim olduğunu müəyyənləşdirmək çətin olmadı. O, Ölkə.az saytının baş redaktorudur. Bu layihə ilə bağlı təqdim olunan adlar içində ən diqqət çəkəni isə idarə heyətinin rəhbəri kimi qeyd edilən Elnur Abdulayev oldu. Faktiki olaraq şirkətin başında dayanacaq bu soydaşımız kimdir? Azinforum.az bu xüsusda maraqlı detalları üzə çıxarıb. Məlum olub ki, Elnur Abdullayev sabiq nəqliyyat naziri Ziya Məmmədovla yaxın qohumluq əlaqələrinə malikdir – onun baldızı oğludur.

Elnur Abdullayev Ziya Məmmədovun nazir olduğu dönəmdə yüksək vəzifələrdə çalışıb. O, sabiq nəqliyyat naziri Ziya Məmmədovun 3 avqust 2015-ci il tarixli əmri ilə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdi. Bundan əvvəl isə E.Abdullayev “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb. Qeyd edək ki, yeni fəaliyyətə başlayan dövrlərdə Ölkə.az saytı da Ziya Məmmədova yaxın olan KİV kimi tanınırdı. Bizə o da məlumdur ki, indiyə kimi Tükiyədə media layihələrilə SOCAR və ona yaxın dairələr məşğul olub. Hətta yeni açılan telekanalın da SOCAR-a yaxın şəxslər tərəfindən ərsəyə gətirildiyinə dair məlumatlar var. Onda isə maraqlı sual yaranır: belə qlobal və əhəmiyyətli layihəyə rəhbərlik niyə məhz Ziya Məmmədova yaxın olan adamlara həvalə edilib? Mövzuya qayıdacağıq

Son xəbərlər

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bütün xəbərlər