idman
16.04.2018, 12:17
Türkiyənin 81 vilayətində etiraz aksiyası keçiriləcək

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) fövqəladə hal rejiminin uzadılmasına etiraz olaraq ölkənin bütün vilayətlərində eyni zamanda etiraz aksiyası keçirəcək.
Aksiyalar aprelin 16-ı, yerli vaxtla saat 12:00-da başlayacaq.
Qeyd edək ki, bir müddət əvvəl baş nazirin müavini Bekir Bozdağ fövqəladə hal rejiminin müddətinin uzadılacağını bildirmişdi.


