gundem
17.04.2018, 16:35
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işdən çıxıb

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova vəzifəsindən azad edilib.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Report"a faktı təsdiqləyərək bildirib ki, o, səhhəti ilə əlaqədar, öz xahişi ilə işdən çıxıb.
Hazırda onu S.Əhmədova əvəz edir.
Qeyd edək ki, L.Bayramova 2015-ci ildən həmin vəzifədə çalışırdı.


