idman
19.04.2018, 08:48
“Qalatasaray” basketbol klubu Avropa Kubokunun qalibi olub
![]()
İstanbulun qadınlardan ibarət “Qalatasaray” basketbol klubu Avropa Kubokunun qalibi olub.
dogruxeber.tv-ın “Anadolu”ya istinadən məlumatına görə, “Qalatasaray” İtaliyanın “Reyer” klubuna 65:72 hesabı ilə məğlub olsa da, iki matçın nəticələrinə görə Avropa Kubokunu qazanıb.
İlk oyunda Türkiyə klubu 90:68 hesabı ilə “Reyer”i məğlub edib.
Beləliklə, “Qalatasaray” tarixində ikinci dəfə Avropa Kubokunu qazanıb.


