Qondarma memorial söküləcək - Erməni yalanları ifşa edilir

















Köln şəhərinin hakimiyyət orqanları ermənilərin Şərqi Anadoludan Suriyaya köçürülməsi ilə əlaqədar bu xalqın nümayəndələrinin "soyqırımı” adlandırdıqları əməliyyatın qurbanlarının xatirəsinə həsr olunmuş memorialı, çox güman, sökəcəklər. Memorial qabaqcadan razılaşdırılmadan və müvafiq icazə alınmadan bir neçə gün əvvəl həyasızcasına açılıb. Sadəcə Yerevan ətrafındakı gecəqondu tipli tikililər kimi gecənin bir aləmində qoyulub.

dogruxeber.tv AZƏRTAC-a istinadən xəbər verir ki, Köln İnzibati Məhkəməsi aprelin 19-da memorialın sökülməsi barədə qərar qəbul edib.

"Soyqırımını unutmamalı” təşəbbüs qrupunun fəalları aprelin15-də Hohenzollern körpüsü yaxınlığında 1,5 metr hündürlüyündə polad abidə ucaldıblar. Oxla parçalanmış tunc nar (ərikdən sonra indi də narı ”ermələrinkiləşdirmək” istəyirlər) ilə tamamlanan üçüzlü piramida tamamilə zövqsüz və estetik baxımdan eybəcərdir.

Memorialın üzərində erməni, ingilis, alman dillərində və... nə üçünsə türk dilində həkk edilmiş yazıda deyilir: "Bu ağrı hamımıza toxunur”. Doğrudur, başa düşmək olmur ki, bu mənasız abidənin müəllifləri nə üçün öz "ağrısını” (əslində elə buna layiqdirlər) başqalarına sırıyırlar və hesab edirlər ki, o, "hamıya” aiddir.

Müəlliflər təşviş içində özlərinin abidə yaratmaq hüququnu məhkəmədə müdafiə etməyə çalışıblar və fikirlərini bununla əsaslandırıblar ki, memorialın qoyulmasını vətəndaşların başlıca hüququ olan öz fikrini azad ifadəetmə hüququ təmin edir. Bununla da onlar Avropa İnsan Haqları Məhkəməsinin bir neçə il əvvəl "Doğu Perinçek İsveçrəyə qarşı” işi üzrə çıxardığı qərarla razılaşıblar. Həmin qərara görə, 1915-ci il soyqırımı haqqında bütün fikirlər hamılıqla qəbul edilmiş fakt deyil, yalnız və yalnız rəydir.

Ancaq bu arqument hakimin gülüşünə səbəb olub və təbii ki, onu rədd edib. Hakimin sözlərinə görə, müəlliflərin ictimai yerlərdən xüsusi əsasda istifadə etmələrinə icazə yoxdur və onlar belə bir icazə almaq iddiasında ola bilməzlər. Hakim qərar çıxararkən deyib: "Memorialın yaradılması hüququ öz fikrini sərbəst ifadəetmə hüququndan irəli gəlmir, çünki ictimai yerlərdə abidələr qoyulması bu hüquqla tənzimlənmir”.

Əgər hər kəs özünün şəxsi fikri hüququ əsasında şəhərin mərkəzində memorial qoysa, onda axmaqların əlindən rahatlıq olmaz.

Ermənilərin təşəbbüs qrupu məhkəmənin qərarı ilə əlaqədar Münster əyalətinin Ali İnzibati Məhkəməsində mübahisə qaldıra bilər, amma artıq belə görünür ki, bu, heç ağlabatan iş deyildir.

Son xəbərlər

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

Bütün xəbərlər