dunya
22.04.2018
Ərdoğan ABŞ-dan gələn təhlükədən danışıb

Türkiyəyə təhlükə ilk növbədə strateji tərəfdaşlarından – YPG-yə yradım edən ABŞ-dan gəlir.
dogruxeber.tv RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV kanalına verdiyi müsahibədə bildirib:
“Təhlükə hardandır? ABŞ-dan silah almağa pulumuz yoxdur. Lakin təəssüflər olsun ki, ABŞ terror təşkilatlarına təmənnasız olaraq silah və döyüş sursatları verir”.
O, sözlərinə əlavə edib ki, ABŞ Suriyanın şimalına 5 yük maşını silah göndərib.
Həmçinin Ərdoğan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsilə bağlı Amerikanı qınayıb.


