Səhiyyə naziri postuna real namizədlər: Ehtimallar özünü doğruldacaqmı?

















Bu gün Prezident İlham Əliyevin hökumətin tərkibini yenidən şəkilləndirən yeni sərəncamı ölkə gündəmində bomba effekti yaratdı. Gözləntilərin əksinə olaraq total kadr islahatlarına gedilmədi və demək olar ki, köhnə komandanın əsas fiqurantları öz kreslolarını qoruya bildi. Amma hələ ki, təyinatlar tamamailə başa çatmadığından Prezidentin kadr islahatları aparmadığını iddia etməkdə haqsızlıq etmiş olarıq. Nəzərə almaq lazımdır ki, hələ 20 strateji posta təyinat gerçəkləşməyib və bunlardan cəmiyyət üçün ən çox aktuallıq kəsb edəni təbii ki, yeni təhsil və səhiyyə nazirlərinin kim olacağıdır.

Təhsil naziri postu bir neçə aydır ki, boşdur və maraqlıdır ki, hökumətin yeni tərkibində ilk sırada məhz yeni təhsil nazirinin kimliyinə aydınlıq gətiriləcəyi gözlənilsə də dövlət başçısı cəmiyyəti bir az da intizarda qoymaq yolu tutdu.

Diqqətçəkən bir məqamsa səhiyyə naziri təyinatının “yaddan” çıxması oldu. Bir çoxları Oqtay Şirəliyevin öz kreslosunu qoruyacağını iddia etsə də dövlət başçısı fərqli yol tutmaqla əslində ölkənin baş həkiminin fəaliyyətindən razı qalmadığını ifadə etmiş oldu. Ona görə də artıq onun da yola salınanlar arasında olacağı ehtimalı artmağa başlayıb. Ancaq onu kimin əvəz edəcəyi məsələsi çox önəmlidir və nəzərə alsaq ki, məmləkət insanı ölkə səhiyyəsindən çox narazıdır, bu baxımdan yeni nazirin kimliyi, peşəkarlıq dərəcəsi, millətin sağlamlığı keşiyində hansı kriteriyalarla dayanacağı məsələsi aktuallıq kəsb edir.

Bəzi mənbələr millət vəkili, məşhur ürək cərrahı Rəşad Mahmudovun yeni nazir postunda əyləşəcəyini iddia edirlər. Onun cəmiyyətdə kifayət qədər nüfuza sahib olmasını əsas gətirən iddiaçılar R. Mahmudovdan yaxşı səhiyyə naziri ola biləcəyini deyirlər.

İndiki nazir müavini Elsevər Ağayevin və Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun da şanslarının ola biləcəyi dövriyyəyə buraxılan ehtimallar arasındadır.



Amma Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyevin səhiyyə naziri postunda ən layiqli kadrlardan biri olduğunu iddia edənlər də az deyil. Xüsusən də Aprel döyüşləri zamanı MN Tibb Baş İdarəsinin bütün personalının sərgilədiyi unikal fəaliyyət, səhra qospitallarına və Bakıdakı Mərkəzi Qospitala çatdırılan bütün yaralıların həyatının xilas edilməsi, bir dənə də əsgər-zabitimizin tələf olmaması general Natiq Əliyevin rəhbərliik etdiyi quruma cəmiyyətdə simpatiyanı birə beş artırıb.
Yeri gəlmişkən, təkcə cəmiyyət hərbi həkim personalımızdan razılıq etmir, elə Ali Baş Komandan İlham Əliyev və ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva də MN Tibb Baş İdarəsinin son illərdəki fəaliyyətini çox yüksək qiymətləndiriblər. Bu azmış kimi Natiq Əliyev obrazlı desək, köhnə kadrdır və Heydər Əliyevin dövründən onun komanda üzvü kimi tanınıb və Ulu Öndər tərəfindən qiymətləndirilib. Bu baxımdan Natiq Əliyevin səhiyyə naziri postuna təyinat alması heç də təəccüblü qarşılanmaz və əksinə, “çörəyi ver çörəkçiyə, birini də üstündə” məsəlində olduğu kimi məhz generalın səhiyyə naziri postuna gətirilməsindən dövlət də udar, cəmiyyət də, çoxminli pasiyentlər də.
Amma təbii ki, bütün bu ehtimallar sadəcə cəmiyyətdən gələn siqnallardır və əsas söz sahibi bu təyinatları gerçəkləşdirən dövlət başçısıdır. Məhz o bütün bu məqamlara aydınlıq gətirəcək və o zaman dəqiq fikir, mülahizə yürütmək olacaq ki, təyinatlarda hansı kriteriyalar əsas götürülüb. Hələlik cəmiyyət intizarla yeni təyinatların sorağındadır…

Oxunub: 1 510

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər