Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?













Ermənistanda 11 gündür ki, davam edən etirazlardan sonra Serj Sarkisyan baş nazir vəzifəsindən istefa verib. Etirazlara millət vəkili Nikol Paşinyan və onu dəstəkləyən qrup rəhbərlik edir.

Etirazlara rəhbərlik edən müxalifətçi millət vəkili Nikol Paşinyan və bir sıra vətəndaş cəmiyyəti qrupları həftələrdir ki, onlayn etirazları həyata keçirirdilər.



Minlərlə etirazçı Ermənistanda “qeyri-zorakı məxməri inqilabı təşkil edir”, cənab Paşinyan 17 apreldə Serj Sarkisyanın parlamentdə Baş nazir kimi təsdiq edilməsindən sonra bildirib.

Bu etirazlar Nikol Paşinyanın nüfuzunu xeyli artırıb.

2015-ci ildə konstitusiyaya edilmiş dəyişiklər Ermənistanı prezident üsul-idarəsindən parlament modelinə keçirib.

Bu isə o deməkdir ki, cənab Sarkisyan 10 illik prezidentlik müddəti başa çatdıqdan sonra belə Ermənistanın ali siyasi rəhbəri olaraq qalır.

Sarkisyan "7-8 faiz səs alan fraksiyanın xalqın adından danışmağa haqqı yoxdur", və danışıqları davam etdirmək niyyətində olmadığını deyə, qalxıb getdi.
Əsas faktlar
Paşinyan parlamentdəki Yelk fraksiyasının tərkibində olan kiçik müxalif Vətəndaş Müqaviləsi partiyasının lideridir.

O, 1990-c illərin sonu və 2000-ci illərin əvvəllərində Oragir və Haykakan Zhamanak qəzetlərinin müxbiri və redaktoru olub.

O, keçmiş prezident və Serj Sarkisyanın yaxın müttəfiqi olan Robert Koçaryanın tənqidçilərindən biri olub.

Paşinyan Oragir qəzetindəki bəzi məqalələrinə görə böhtan yazmaqda ittiham edilib və 1999-cu ildə “cinayət və hərbi” istintaqa cəlb edilib.

O, 2006-cı ildə siyasətə daxil olub və növbəti il keçirilmiş parlament seçkilərində uğursuzluğa məruz qalıb.

O, cənab Sarkisyanın 2008-ci ildə ilk dəfə prezident seçilməsindən sonra ona qarşı keçirilən etirazlarda iştirak edib. Həmin etirazlar xüsusi təyinatlılar tərəfindən yatırılıb, Paşinyan isə etirazlarda iştirakına görə yeddi il həbs cəzası alıb.

Lakin erkən azadlığa çıxan Paşinyan 2012-ci və 2017-ci illərdə keçirilımiş parlament seçkilərində millət vəkili seçilib.

O, milət vəkili kimi Ermənistanın Rusiya ilə artan yaxınlığını tənqid edib və Avrasiya İqtisadi İttifaqından çıxmağı təklif edib.

Onun öz sözləri ilə
“Serj Sarkisyan görməlidir ki, o, Ermənistanı və onun xalqını idarə edə bilməz”, Paşinyan 17 apreldə yeni baş nazirinin təsdiq edilməsində sonra bildirib. Onun sözlərinə görə bu, “Ermənistan tarixində ən böyük yürüşdür”.

“Biz inqilab komitəsi formalaşdıracağıq və bu da hərəkatın qələbəsi ilə nəticələnəcək”, Paşinyan deyib.

“Biz təmkinli, dinc və qansız məxməri inqilaba hazırıq”, o əlavə edib.

Digərləri nə deyir
Aravot saytının redaktoru Anna İsraelyan bildirib ki, Paşinyanın rəhbərlik etdiyi etirazlar bir daha Vladimir Leninin doktrinasını xatırlatdı ki, inqilabın qələbəsi üçün radio, teleqraf və telefonun ələ keçirilməsi vacibdir.

İsraelyan 14 apreldə İctimai Radionun etirazçılar tərəfindən qısa müddətə ələ keçirilməsini nəzərdə tutub.

Baş nazir kimi təsdiq edildikdən sonra Serj Sarkisyan Paşinyanı etirazlara rəhbərlik etməyi dayandırmağa və parlamentə geri qayıtmağa çağırıb.

“Mən həmkarımızın nə etmək istədiyini anlamıram, onun etdiklərində heç bir məntiq görmürəm”, hakim Ermənistan Respublikaçı Partiyasından Eduard Şarmazanov bildirib.

Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər