Bakıda taksi sürücülərinin “razborka”sı: “Kişi kişinin çörəyinə bais olmaz”













Taksi fəaliyyəti ilə məşğul olan sürücülərin müştəri davası qanla nəticələnib. Sürücülər arasındakı anlaşılmazlıq onlardan birini xəstəxanaya, digərini isə həbsxanaya göndərib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Şabran rayon sakini 27 yaşlı Saleh Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Taksi fəaliyyəti ilə məşğul olan Saleh Quliyev ötən il oktyabrın 6-da müştəri üstündə taksi sürücüsü, Xaçmaz rayon sakini 35 yaşlı Ramin İsmayılovla mübahisə edərək onu bıçaqlayıb. Törətdiyi cinayət əməlinə görə Saleh Quliyevə qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Saleh Quliyev ifadəsində özünə məxsus avtomobillə mütəmadi olaraq “Şamaxinka”dan Xaçmaz rayonu sərhəd keçid məntəqəsinə müştəri apardığını göstərib. Hadisə baş verən gün maşında üç nəfər müştəri olub, yola çıxmaq üçün daha bir nəfər müştəri gözləyərkən qırmızı rəngli “Mersedes Benz”in sürücüsü onun yaxınlığında maşını saxlayaraq müştəri çağırmağa başlayıb.



Elə bu vaxt Salehin avtomobilindəki 35-40 yaşlı qadın maşından düşüb həmin avtomobilə doğru gedib. Saleh sürücüyə yaxınlaşaraq nə üçün “mərdiməzarlıq” etdiyini soruşub: “Dedim, o qadın mənim müştərimdir, hamımız evimizə bir tikə çörək aparmaq üçün yola çıxmışıq. Üstümə gələrək, “yaxşı eləyirəm” dedi. Mənsə cavabımda “kişiyik, kişi kişinin çörəyinə bais olmaz” deməklə kifayətləndim. Bunu demişdim ki, sinəmdən möhkəm itələdi, yerə yıxıldım, ardınca söyüş söyməyə başladı”.

S.Quliyevin ifadəsinə görə, sürücüyə gücü çatmadığını görüncə, bıçağa əl atıb: “Ayaq nahiyəsinə bir neçə dəfə vurdum ki, məndən əl çəksin. İki nəfər cavan oğlan onu xəstəxanaya apardı, mən də evə getdim. Hadisə barədə ailə üzvlərimə məlumat verdikdən sonra polisə yollandım. Ramini öldürmək niyyətim olmayıb, onu bıçaqla vurmaq fikrim də yox idi. Hərəkətləri pis təsir etdiyindən, məni döyməyinin qarşısını almaq üçün vurmuşam”.

Zərərçəkmiş Ramin İsmayılov ifadəsində göstərib ki, hadisə baş verən gün Xaçmaz rayon sərhəd keçid məntəqəsinə getdiyi üçün yolüstü “Şamaxinka”dan bir nəfər müştəri götürmək istəyib: “Bir nəfər qadın maşına yaxınlaşıb mənimlə getmək istədiyini dedi. Həmin qadının arxasınca iki nəfər gələrək narazılıq etməyə başladılar. Onların ikisini də üzdən tanıyırdım. Taksi fəaliyyəti ilə məşğul olduqlarını bilirdim. Narazılıq edən sürücüyə qadını aparmaq niyyətim olmadığını dedim. Amma müştəri özü həmin şəxslə getmək istəmədiyini söylədi. Sürücülər isə mübahisə etməyə başladılar, onlardan birinin sinəsindən itələdim, arxaya gedib öz maşınına dəydi. Sonra bıçaqla üstümə gələrək məni vurdu. Qaçıb getdilər. İki nəfər evakuator sürücüsü məni öz avtomobilimlə Respublika Kliniki Xəstəxanasına apardılar”.

Məhkəmənin hökmü ilə Saleh Quliyevin barəsində Cinayət Məcəlləsinin 62 -ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunmaqla 1 il müddətinə azadlıqdan məhrum edilib. (Virtualaz.org)

Bakıda taksi sürücülərinin “razborka”sı: “Kişi kişinin çörəyinə bais olmaz”

Oxunub: 696

Son xəbərlər

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Bakının bir sıra yollarında tıxac yaranıb

Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Ağcaqanadlar ən çox onları SANCIR

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Bütün xəbərlər