dunya
7.05.2018, 08:45
Putinin inauqurasiya mərasimi necə olacaq? - Peskov açıqladı
![]()
Rusiya prezidenti Vladimir Putinin inauqurasiya mərasimi ənənəvi qaydada keçiriləcək.
Teleqraf.com TASS-a istinadla xəbər verir ki, prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov mərasimin mayın 7-də keçiriləcəyini bildirib. İnauqurasuyadan öncə Putin şəxsi kabinetindən Böyük Kreml sarayına gedəcək və burada mərasimə start veriləcək.
Andiçmədən sonra prezident Qırmızı meydana çıxacaq və Kreml bölüyünün paradını izləyəcək.
Mərasimə qatılacaq qonaqlar sarayın zallarında və ümumi meydanda toplanacaq.


