Qəzzada ölən fələstinlillərin sayı 59-a çatıb - YENİLƏNİB-6

















Qəzza zolağında fələstinli etirazçılarla İsrail hərbçiləri arasında baş verən toqquşmalarda ölənlərin sayı 59 nəfərə çatıb.

dogruxeber.tv-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinin Səhiyyə nazirliyi məlumat yayıb.

“İsrail əsgərlərinin Qəzza zolağı ilə sərhəddə aksiyaçılara odlu silahdan açdığı atəş nəticəsində ölən fələstinlilərin sayı 59-a yüksəlib. Ölənlər arasında azyaşlı da var. 8 aylıq Leyla Ənvər Qəndur Qəzza zolağının şərq bölgəsində gözyaşardıcı qazdan zəhərləndikdən sonra dünyasını dəyişib”, məlumatda deyilir.
İsrail müdafiə ordusunun məlumatına görə, ötən gün Qəzza zolağında keçirilən etiraz aksiyalarında 35 min nəfər iştirak edib.

Qəzza zolağında fələstinli etirazçılarla İsrail hərbçiləri arasında baş verən toqquşmalarda ölənlərin sayı 55 nəfərə çatıb, 2771 nəfər yaralanıb.
dogruxeber.tv- xəbərinə görə, bu barədə “RİA Novosti” agentliyinə yerli tibb xidmətinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib.

“İsrail təcavüzünün bugünkü nəticələri belədir – 7-si uşaq və 1-i qadın olmaqla 55 nəfər həyatını itirib, 79-u qadın olmaqla 2 771 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb”, deyə nazirlik rəsmisi qeyd edib.


Onun sözlərinə görə, martın 30-dan etibarən Qəzza zolağında 104 fələstinli ölüb, 12 mindən çoxu yaralanıb.
Qəzzada fələstinli etirazçılarla İsrail hüquq-mühafizə orqanları arasında toqquşmalarda ölənlərin sayı 52-yə yüksəlib.

dogruxeber.tv-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli tibb xidmətinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib.

“Qəzza zolağında 52 nəfər ölüb, 2410 nəfər yaralanıb”, deyə Ə. əl-Kidra qeyd edib.

Onun sözlərinə görə, Qəzza zolağındakı xəstəxanalarda yaralılara yardım etmək üçün dərmanlara ehtiyac var.

Qəzzada fələstinli etirazçılarla İsrail hüquq-mühafizə orqanları arasında toqquşmalarda ölənlərin sayı 43-ə yüksəlib.

dogruxeber.tv-ın məlumatına görə, 1500 fələstinlinin isə İsrail polisinin açdığı atəş nəticəsində yaralandığı bildirilir.

Toqquşmalar davam edir.

Qəzza sektorunda İsrail ordusu ilə toqquşmalar zamanı ölən fələstinlilərin sayı 37-yə çatıb.



dogruxeber.tv-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli tibb xidmətinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib. Yaralıların sayı 900-dən çoxdur. Ölənlər arasında uşaq da var.


Bu gün ABŞ-ın Qüds-Yerusəlim şəhərində səfirlik açmasına etiraz olaraq İsrail və Qəzza zolağı arasındakı sərhədin 12 yerində kütləvi aksiyalar başlayıb. Aksiyalara 35 mindən çox fələstinli qatılıb. İştirakçıların aqressiv hissəsi İsrail əsgərləri tərəfə içərisində yandırıcı maye olan şüşələr, əldəqayırma partlayıcılar atmağa, topladıqları təkərləri yandırmağa başlayıblar, bəziləri isə sərhəd maneələrini aşmağa çalışıb. İsrail əsgərləri onlara odlu silahdan atəş açıb.

İsrail ordusu sərhəd xəttinə 2 əlavə piyada briqadası göndərib. Daha bir briqada İordan çayının qərb sahilinə yeridilib.


Fələstinlilərin ABŞ-ın İsraildəki səfirliyini Qüds (Yerusəlim) şəhərinə köçürməsinə etiraz olaraq keçirdikləri kütləvi aksiyalarda ölənlərin sayı artmaqda davam edir.

dogruxeber.tv-ın məlumatına görə, İsrail əsgərlərinin Qəzza zolağı ilə sərhəddə aksiyaçılara odlu silahdan açdığı atəş nəticəsində ölən fələstinlilərin sayı 16-ya yüksəlib, yüzlərlə yaralının olduğu bildirilir.


Fələstinlilər İsrail və ABŞ əleyhinə aksiyanı davam etdirirlər.


Fələstinlilərin ABŞ-ın İsraildəki səfirliyini Qüds (Yerusəlim) şəhərinə köçürməsinə etiraz olaraq keçirdikləri kütləvi aksiyalarda ölənlərin sayı artır.

dogruxeber.tv-ın məlumatına görə, İsrail əsgərlərinin açdığı atəş nəticəsində ölən fələstinlilərin sayı 10-a çatıb, 500-dək yaralının olduğu bildirilir.


Toqquşmalar davam edir.


Fələstin xalqı ABŞ-ın İsraildəki səfirliyini Qüds (Yerusəlim) şəhərinə köçürməsinə etiraz olaraq kütləvi aksiyalar keçirir.


dogruxeber.tv-ın “TRT Haber”ə istinadən verdiyi xəbərə görə, İsrail əsgərləri Qəzza zolağı ilə sərhəddə aksiyaçılara qarşı odlu silahdan istifadə edib. Nəticədə 2 fələstinli öldürülüb, 93 nəfər isə yaralanıb.

İsrail ordusu tərəfindən sərhəddə qurulan çadrlar və fələstinlilərin topladığı təkərlər yandırılıb.

Qeyd edək ki, bu gün bir çox ölkədə ABŞ-ın qərarına qarşı etiraz aksiyaları keçirilir.


Qəzzada ölən fələstinlillərin sayı 59-a çatıb - YENİLƏNİB-6

Qəzzada ölən fələstinlillərin sayı 59-a çatıb - YENİLƏNİB-6

Qəzzada ölən fələstinlillərin sayı 59-a çatıb - YENİLƏNİB-6

Qəzzada ölən fələstinlillərin sayı 59-a çatıb - YENİLƏNİB-6

Qəzzada ölən fələstinlillərin sayı 59-a çatıb - YENİLƏNİB-6

Son xəbərlər

Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır

Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var

Karapetyana qarşı iş açıldı

Almaniyada yoxsulluq zirvəyə çatdı

“Ayaks” ispaniyalı baş məşqçi ilə anlaşdı

Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin əmək haqqı xərcləri 45 % artıb

Özbəkistan və Finlandiya rəqəmsal nəqliyyat və ağıllı mobillik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakıdan Türkiyəyə qatarla gediş-gəliş başladı

Bazarda şok qiymət artımı: Mühərrik yağları 30 faiz bahalaşdı

"Ermənistanı Ukraynanın taleyi gözləyir" - Volodindən XƏBƏRDARLIQ

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

Sabah hava necə olacaq?

Ermənistan-Türkiyə yaxınlaşması regionda güc balansını belə dəyişəcək: Rusiya və İran...

Azərbaycanla dəmir yolunun açılması ilə bağlı Gürcüstandan açıqlama

Xətai rayonunda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar konsert proqramı təşkil olunub+VİDEO

Tramp İsrail və Hizbullahın Livana hücumunu dayandırmaq barədə razılığa gəldiyini bildirib

Müqavimət göstərən sürücü saxlanıldı

Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib

“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir

Netanyahu ilə danışdıqdan sonra Tramp İsrail qoşunlarının Beyruta getməyəcəyini bildirib

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Bakıda evdən 6 min dollar oğurlayan usta saxlanıldı

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Prezident Qurban Qurbanovu təltif etdi

Qubanın 3 kəndinin adı dəyişdirildi

Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı

Bütün xəbərlər