dunya
22.05.2018
İraqın şimalında 2 türk əsgəri şəhid olub, daha 2-si yaralanıb
![]()
İraqın şimalında əməliyyat zamanı terrorçuların hücumu nəticəsində 2 türk əsgəri həlak olub, daha 2-si yaralanıb.
dogruxeber.tv-in “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.
Açıqlamada terrorçularla mübarizənin davam edəcəyi vurğulanıb. Digər təfərrüatlar hələ ki, açıqlanmır.


