“Azərbaycanda kişilərin sayı sürətlə artıb” – Dövlət Komitəsi









Qadın hüquqlarının pozulması, gender əsaslı zorakılıq bəşəriyyətin qarşısında dayanan vacib və qlobal səviyyəli məsələlərdir”.

APA-nın xəbərinə görə, bunu Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” adlı layihənin yekun konfransında deyib.

Uşaqların cinsə görə nisbətinin pozulmasını zorakılığın bir forması kimi qiymətləndirən S. Qəhrəmanova vurğulayıb ki, belə münasibət qadına, onun sağlamlığına, doğulmayan qızlara qarşı zorakılıqdır. Eyni zamanda ailədaxili münasibətlərdə yaranan problemlərdən biri də uşaqların cinsi ayrı-seçkiliyə məruz qalmasıdır.

Komitə təmsilçisi əlavə edib ki, hazırda dünyanın bir sıra ölkələrində aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır: “Hamiləliyin süni şəkildə pozulması faktı inkişaf etmiş ölkələrdə il ərzində 28 milyon, inkişaf etməkdə olan ölkələrdə isə il ərzində 182 milyondur. Son 20 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb və əhali arasında cinsi nisbət demək olar ki, bərabərləşib. Hazırda əhalinin 49.9 faizini kişilər, 50.1 faizini isə qadınlar təşkil edir”.

S. Qəhrəmanova uşaqların cinsi nisbətinin pozulmasının cəmiyyəti düşündürən məsələlərdən biri olduğunu vurğulayaraq, bu prosesin bir çox halda təbii surətdə baş vermədiyini qeyd edib: “Problemin aradan qaldırılmasında maarifləndirmə işlərinin və səhiyyə xidmətlərinin inkişafı vacibdir. Xüsusilə kənd yerlərində ailə planlaması, arzu edilməyən hamiləlikdən qorunma, süni mayalanma, reproduktiv sağlamlığın qorunması kimi maarifləndirmə kampaniyalarının aparılması zəruridir”.

Sədr müavinin sözlərinə görə, hazırda 2017-2025-ci illər üzrə Reproduktiv Sağlamlığa dair Milli Strategiya hazırlanır: “Bundan başqa, son illər bu sahədə görülən işlər də müsbət nəticə verib. Belə ki, ölkədə 2015-ci ildə hər 100 qıza 117 oğlan düşürdüsə, 2016-cı ildə yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46.8% təşkil edərək hər 100 qıza 114 oğlan düşüb.(Bioloji norma 100 qız 105-107 oğlan təşkil edir). Hazırda bu nisbət 100-ün 112-dir”.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər