ABŞ-Avropa ticarət müharibəsi: dağıntılar altında qala bilərik – TƏHLİL















ABŞ-ın ticarət naziri Uilbur Rossun bəyanatına əsasən, bu ölkə tərəfindən Avropa Birliyi (Aİ), Kanada və Meksikadan polad və alüminiumun idxalına görə rüsum tətbiqi bu ayın 1-dən qüvvəyə minir. Bu haqda qərar hələ mart ayında verilsə də, Tramp administrasiyası üç əsas tərəfdaşı – Aİ, Kanada və Meksika üçün bunu müvəqqəti olaraq istisna etmişdi. Belə ki, müvafiq ticari danışıqlar məqsədilə adı çəkilən tərəfdaşlara mayın 31-dək vaxt verilmişdi. Ancaq ötən müddət ərzində heç bir nəticə hasil olmayıb. Odur ki, ABŞ-a polad ixrac edən ölkələrə 25%, alüminium idxal edən ölkələr üçün isə 10% gömrük rüsumu ödənişinin tətbiqi qüvvəyə minəcək.
Düzdür, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Vaşinqtonun bu addımının cavabsız qalmayacağını bildirib. Ancaq təkcə bu deyil axı… Birləşmiş Ştatlar ticarət müharibəsində israrlıdır. ABŞ prezidenti Donald Tramp hələ seçki kampaniyası dövründə hakimiyyətə gələcəyi təqdirdə proteksionist siyasət yürüdəcəyini və “hər şey amerikalılar üçün” prinsipinə xidmət edəcəyini bəyan etmişdi. Odur ki, onun polad idxalına 25, alüminiuma qarşı 10% həcmində gömrük rüsumunun tədbiq edilməsinə dair qərarı da məhz bunun nəticəsidir. Və əlavə etmişdim ki, Tramp özü biznes adamıdır və iqtisadiyyatı, gəlir-çıxar məsələlərini yaxşı bilir. Bu qərarda da əsas məqsəd polad və alüminium istehsalını ölkə daxilində genişləndirməkdən ibarətdir. O, sözügedən qərarı imzalayanda da qeyd edib ki, kim artıq rüsum ödəmək istəmirsə, istehsalı gətirib ölkə daxilində təşkil etsin. Hətta əlavə etmişdi ki, yerli metal istehsalı milli təhlükəsizliklə bağlı həyati əhəmiyyətli bir məsələdir.
İndi də məlum olan budur ki, D.Trampın alman avtoistehsalçılarını öz ölkəsində gözügörəsi gəlmir. Deyilənə görə, hətta Fransa prezidendi Emmanuel Makron ilə görüşdə bildirib ki, “Mercedes-Benz”i Nyu-York küçələrində ümumiyyətlə, görmək istəmir. Sual yaranır ki, niyə?

Məsələ ondadır ki, Almaniya avtoistehsalçıları perestijli avtomobillər üzrə Amerika bazarının 90%-nə nəzarət edirlər. Belə ki, BMW özündən başqa “Rolls-Royce” üzrə də nəzarətedici sayılır, “Daimler” isə təkcə “Mercedes-Benz”i idarə etsə də, “Volkswagen”, “Bentley”, “Bugatti”, “Porsche” və “Audi” brendlərinə də cavabdehlik daşıyır…

Tramp administrasiyasını başa düşmək olar: adları çəkilən brendlər üzrə avtomobillərin Amerikaya idxalı yerli avtomobil istehsalı sənayesinin belini qırır. Ümumiyyətlə, Almaniya Aİ çərçivəsində Birləşmiş Ştatlara ən böyük avtomobil idxalçısıdır… Statistikaya diqqət yetirin: keçən il Aİ-yə ABŞ-dan avtomobil idxalı 6,2 milyard avro (7,3 milyard ABŞ dolları) təşkil etmişdisə, əks istiqamətdə 37 milyard dollarlıq, hətta bundan da çox anoloji mal ixracı həyata keçirilib.

Ona görə də, yuxarıda qeyd etdiyim kimi Fransa prezidendi Emmanuel Makron ilə görüşdə Tramp, deyilənə görə, bildirib ki, “Mercedes-Benz” Nyu-York küçələrindən yığışanadək mübarizəni davam etdirəcək…

Yeri gəlmişkən, almanlar təkcə ixracla məşğul deyillər, Amerikada avtomobil də yığırlar. 2017-ci ildə onlar Amerikada sayca 804 min avtomobil yığıblar. Söhbət, ABŞ-dakı alman avtomobil istehsalçılarının zavodlarından gedir. Üstəlik, 657 min ədəd də idxal edilib.

Hazırda Amerika tərəfi bütün bu məsələlərlə bağlı böyük araşdırma aparır. Araşdırmanın məqsədi ondan ibarətdir ki, dəqiq müəyyənləşdiriləcək ki, alman minik və yük avtomobillərinin bu cür idxalı prosesi ölkədə anoloji istehsala nə dərəcədə ziyandır. Araşdırmanın nəticələrinə əsasən, import avtomobillərinə rüsum tədbiq edilə bilər. Eynilə alüminium və metal idxalına olduğu kimi.
Çünki Amerika üçün avtomobil istehsalı sənayesi mühüm sahədir. Əksər böhranlar zamanı ölkəni iqtisadi bataqlıqdan məhz, avtomobil sənayesi çıxartmışdır. Son olaraq, 2008-2009-cu illər böhranını yada salım. Yaponiyada məlum zəlzələ bu ölkədə avtomobil sənayesini “batırmasaydı”, amerika avtomobil istehsalçıları 2011-2012-ci illərdə birdən – birə sıçrayış qazana bilməzdi. Amerikanın sonuncu böhrandan çıxmasında da bu, əsas rol oynadı.

Əlbəttə, istənilir ki, ABŞ-da yeni iş yerləri açılsın, istehsal artsın, iqtisadiyyat daha da genişlənsin. Bütün bunlar da Amerika üçün əslində, çox gözəl fikirlər və yaxşı istəkdir. Ancaq iş ondadır ki, real olaraq bir çox şeylər mümkün deyil.

Əvvəla, o səbəbdən ki, ABŞ-da işçi qüvvəsi bahadır. Və bu ölkəyə bir çox məhsullar boş yerə kənardan idxal olunmur. Məsələn, alüminium və poladdan söz düşmüşkən, təkcə Yaponiya ildə 2 milyon tondan artıq polad ixrac edir Amerikaya. Avropa Birliyi 5,3 milyard avrodan çox. 1,1 milyard avroluq da alüminium…

Bunu qısa müddətə ABŞ-da istehsal etmək əsla mümkün deyil. Ona görə də, sözügedən qərardan həm dünya iqtisadiyyatının, həm ABŞ-ın özünün ziyan çəkəcəyi şəksizdir. Belə ki, Avropada minlərlə iş yeri bağlana bilər. İstehsal aşağı düşəcək. Dünya iqtisadiyyatı yenidən geriləyəcək.

Eləcə də, avtomobil idxalına böyük rüsum tədbiq edilərsə, Aİ-də aparıcı qüvvə olan Almaniya iqtisadiyyatında artım səngiyəcək. Xatırladım ki, Aİ ölkələrində iqtisadi artım yenicə bərpa olunmağa başlayıb. Uzun müddət idi ki, Avropa iqtisadiyyatı durğunluq içində idi. Və neftin qiymətinin bir ara sürətlə ucuzlaşmasının bir səbəbi də məhz bundan qaynaqlanırdı. Ancaq keçən ildən, daha dəqiq desəm, ondan əvvəlki ilin ikinci yarısından etibarən, vəziyyət sabitləşdi. Və iqtisadi artım qeydə alınmağa başlandı. Təsadüfi deyil, Avropa Bankı özü bu il üçün iqtisadi artımı, başqa sözlə desəm, ümumi daxili məhsul istehsalı proqnozunu 2,4% müəyyənləşdirib… Amma gələn il bunun yeznə azalacağı deyilir.

Azərbaycanın dövlət gəlirləri isə nə qədər ki, neftdən asılıdır, bu kimi hallara görə, biz, daha çox zərbə altında qala bilərik. Yəni, ABŞ-Avropa ticarət müharibəsi sərhədlərimizdən uzaq olsa da, iqtisadiyyatda zəncirvari əlaqələr geniş olduğundan “dağıntılar altında” qala bilərik… Odur ki, qeyri-neftimizi daha sürətlə inkişaf etməliyik.

Pərviz Heydərov

Son xəbərlər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Bütün xəbərlər