Bakıda həkimlər ölüm ayağında olan yeniyetməyə kömək etmədilər – VİDEO













Son zamanlar “MedEra Hospital” klinikasının fəaliyyəti – bahalı müayinələr, xəstələrin çoxsaylı şikayətləri, cərrahiyyə əməliyyatından sonra yaranan fəsadlar və s. bu kimi xoşagəlməz hallar dəfələrlə mətbuat tərəfindən tənqid edilib.

Xoşagəlməz hallardan biri də “MedEra Hospital” rəhbərliyi tərəfindən kəsilmiş mədələrdən düzəldilən fotoşəkillə 8 mart qadınlar bayramının sosial şəbəkələrdə təbrik edilməsi idi.

Bir neçə gün öncə isə ictimaiyyətin hiddətinə səbəb olan növbəti video sosial şəbəkələrdə yayımağa başladı. Kadrlarda Bakı şəhər sakini Bayram Hacıyev idman dərsindən sonra yeniyetmə oğlunun ürəyində problem yarandığını, uşağı təcili yaxınlıqdakı klinikaya çatdırdığını, “MedEra Hospital” klinikasının həkimlərinin isə uşağı pulsuz müayinə etməkdən imtina etdiklərini bildirir.

“MedEra Hospital” klinikasının rəhbəri Qəhrəman Qəhrəmanovvirtualaz.org-a açıqlamasında klinikada uşağın müayinə olunmadığını təsdiqləyib. Həkim iddia edir ki, B.Hacıyev oğlunun uşaq kardioloqu tərəfindən müayinə olunmasını tələb edib.



“Bizdə ştatda belə bir mütəxəssis yoxdur. Həm də oğlunun tam müayinədən keçirilməsində təkid edirdi. İki il sonra hərbi xidmətə gedəcəyini, uşağın orqanizmində hər hansı bir problemin olub-olmadığını əvvəlcədən öyrənmək istədiyini deyirdi. Mütəxəssislər tərəfindən müayinənin pulsuz keçirilməsini təklif etdik. Amma aparat müayinələri üçün 50 faiz endirimlə pul ödəmək lazım idi. Klinikada ümumi “çek-ap” 30-50 manat arasındadır. Hacıyev isə ümumiyyətlə pulsuz müayinə olunmağı tələb edirdi”, – deyə Qəhrəmanov bidlirib.

Yeniyetmənin səhhətində hər hansı ciddi problem yaranacağı təqdirdə ona pulsuz xidmət, köməklik göstərə biləcəklərini açıqlayan həkim həmin vaxt belə bir halın yaranmadığını, təcili bir şey olmadığını bildirib.

Tutaq ki belədir, amma yeniyetmənin nəbzini yoxlamağa vaxt tapmayan həkimlər onda təcili bir şey olmadığını necə müəyyənləşdiriblər? (Virtualaz.org)


Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər