Rütbəsi alınan polkovnikin ailəsinin müraciəti rədd edildi













Həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun ailəsinin məhkəməyə müraciəti geri qaytarılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, onun arvadı Şəhla Ələkbərova ərinin əmlakının onlara qaytarılmasını tələb edib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərovun 1,3 milyon manatlıq əmlakı cinayət yolu ilə əldə edilmiş mülk kimi müsadirə edilib. Həmin əmlakların zərərçəkənlərdən yalnız Akif Qurbanova dəyən ziyanın ödənilməsinə yönəldilməsi üçün qərar verilib. V.Ələkbərovun ailəsi isə varidatın geri qaytarılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda məlum olub ki, hökmdən apellyasiya şikayəti verilmə müddəti bitib. Buna görə də işə baxılmayıb. Apellyasiya şikayəti hərəkətsiz saxlanılıb, iş baxışdan çıxarılıb. Müddətin bərpa edilməsi üçün Bakı Hərbi Məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb. Bakı Apellyasiya Məhkəməsi isə V.Ələkbərovun cəzasını 5 ilə endirib.

İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə sahibkarların külli miqdarda pulunu ələ keçirib.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər