Antalyada meyiti şkafdan tapılan azərbaycanlı biznesmen diaspor lideri olub









Antalyada qaldığı evdə meyiti tapılan azərbaycanlı iş adamının Ukraynadakı azərbaycan diasporunun fəallarından olduğu bəlli olub.

Virtualaz.org xəbər verir ki, Məcid Nuxiyev Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov üzrə nümayəndəsi olub. O, əslən Kürdəmir rayonundandır. Bir müddət əvvəl Nuxiyev qışda soyunaraq küçədə qarın üstündə uzanmışdı və fotoları sosial şəbəkələrdə yayılmışdı. Onun bədənində döymələr olub və bəzi sosial şəbəkə istifadəçiləri bunun Nuxiyevin kriminal keçmişinə işarə edə biləcəyini yazıblar. Habelə o, müsahibələrindən birində demişdi ki, Azərbaycandan bəzi deputatlar Ukraynaya əxlaqsız qadınlarla görüşmək üçün gəlir.

Nuxiyevin ölümünün intihar, yoxsa qətl olduğunu Türkiyə polisi araşdırır.



* * *13:00

Türkiyənin Antalya bölgəsinin Finike qəsəbəsində azərbaycanlı iş adamı Məcid Nuxiyevin (Medzhyd Nukhıyev) meyiti yaşadığı evin yataq otağındakı şkafdan asılmış halda tapılıb.

Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, fevral ayından bəri qəsəbənin Yeni məhəllə adlanan ərazisində tək yaşayan azərbaycanlı 64 yaşlı biznesmendən xəbər ala bilməyən ev sahibi ötən gün onun yaşadığı mənzilə gedib. O, qapını nə qədər döysə də, açan olmayıb və evdən gələn kəskin qoxudan şübhələnərək polisə müraciət edib.

Əraziyə gələn polis əməkdaşları qapını xüsusi alətlərlə açaraq evə daxil olublar. Məcid Nuxiyev evin yataq otağındakı paltar şkafında elektrik kabeli ilə boynundan asılmış vəziyyətdə tapılıb.

“Azadinform” agentliyinin yaydığı nekroloqda isə belə deyilir:

“Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov vilayəti üzrə nümayəndəsi Məcid Nuxiyev dünyasını dəyişib. Azadinform xəbər verir ki, M.Nuxiyev Türkiyədə rəhmətə gedib. Mərhumun cənazəsi doğuldu Kürdəmir rayonuna gətiriləcək və orada dəfn olunacaq. M.Nuxiyev uzun illər idi ki, Lvov şəhərində yaşayırdı. O bu şəhərdə Azərbaycan diasporunun inkişafında xeyli əmək sərf etmişdi. M.Nuxiyev dünya azərbaycanlılarının Bakıda keçirilən sonuncu qurultayında iştirak etmişdir. Allah rehmet eləsin.”



İlkin təhqiqat zamanı məlum olub ki, biznesmen təxminən 5-6 gün əvvəl ölüb. Meyit Antalya Məhkəmə tibb ekspertizasına aparılıb, faktla bağlı araşdırma aparılır.

Mənbə M.Nuxiyevin Antalyada portağal biznesi ilə məşğul olduğunu yazır. İş adamı ilə bağlı əlavə məlumat öyrənmək mümkün olmayıb.



Antalyada meyiti şkafdan tapılan azərbaycanlı biznesmen diaspor lideri olub

Antalyada meyiti şkafdan tapılan azərbaycanlı biznesmen diaspor lideri olub



Antalyada meyiti şkafdan tapılan azərbaycanlı biznesmen diaspor lideri olub

Antalyada meyiti şkafdan tapılan azərbaycanlı biznesmen diaspor lideri olub

Son xəbərlər

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

Bütün xəbərlər