Bu yolla gömrük rüsumlarından yayınırdılar – Komitə ifşa etdi













Dövlət Gömrük Komitəsi tərəfindən xarici ölkələrdən sifariş edilən mobil telefonlarla bağlı aparılan araşdırma nəticəsində mövcud gömrük və vergi qanunvericiliyinin ciddi şəkildə pozulması halları müəyyən edilib. Komitədən “Qafqazinfo”ya daxil olan məlumata görə, asan yolla qazanc əldə etmək istəyən bəzi şəxslər xarici ölkələrdə təsis etdikləri onlayn ticarət portalları vasitəsilə Azərbaycan vətəndaşlarının adına mobil telefonlar göndərir və ölkə ərazisinə gətirilən həmin telefonların daha sonra topdan və ya pərakəndə satışını təşkil edirlər.

Aparılan araşdırma zamanı o da müəyyən edilib ki, bir çox hallarda sənədlərdə adı çəkilən şəxslər faktiki olaraq sifarişlərdən xəbərsizdir.

Üstəlik gömrük orqanlarına təqdim olunan bəyannamələrdəki rəqəmlərin sifarişçinin bank hesabındakı rəqəmlərdən dəfələrlə aşağı olduğu aşkar edilib ki, bunun da məqsədi gömrük vergi və rüsumlarından yayınmaqdır.

Digər tərəfdən gömrük orqanına təqdim olunan bəyannamələrdə malların tərkibi də düzgün göstərilmir.

Qeyd edək ki, son bir ayda poçt göndərişləri vasitəsilə ölkə ərazisinə 30 minə qədər mobil telefon gətirilib ki, bunun da 25 mini Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən göndərilib. Əksər hallarda isə gömrük rəsmiləşdirilməsi üçün saxta invoyslar təqdim edilir.

Poçt göndərişləri ilə bağlı yuxarıda sadalanan problemlərin aradan qaldırılması üçün aparılan araşdırmalar isə bəzi hallarda onlayn ticarətdən qanuni yollarla istifadə edən şəxslərin sifarişlərinin yubanmasına, vaxtında sahibinə təhvil verilməməsinə səbəb olur.

Sifarişlərin çatdırılmasında baş verən gecikmələrin əsas səbəblərindən biri də “Azərpoçt” MMC tərəfindən yüklər barədə məlumatların əvvəlcədən elektron qaydada gömrük orqanlarına təqdim edilməməsidir. Bu da ölkəyə gətirilən yüklərin gömrük yoxlaması və rəsmiləşdirilməsi prosesini xeyli ləngidir. Belə ki, bu məlumatlar olmadığı üçün daxil olan yüklərin çeşidlənməsi, sifarişlərin mütəmadiliyinin yoxlanılması məqsədilə gömrük əməkdaşları bütün malların hər birinə tək-tək baxış keçirməli, daha sonra isə həmin məlumatları sistemə daxil etməlidir.

Qeyd edək ki, hazırda gömrük orqanları tərəfindən aparılan araşdırmalar davam etdirilir və araşdırmaların sonunda gömrük qanunvericiliyinin tələblərinin kobud surətdə pozan hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciət olunacaq.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər