Paşinyan Putini necə özündən çıxardı...





Ermənistan hakimiyyəti baş nazir Nikol Paşinyanın iyulun 11-12-də Brüsseldə keçiriləcək NATO sammitində iştirakı ilə bağlı ciddi dilemma qarşısındadır. Virtualaz.org erməni mənbələrinə istinadən bildirir ki, Nikol Paşinyanın NATO sammitində iştirak üçün Brüsselə ilk rəsmi səfərə hazırlaşması Rusiyanı "dəhşətli dərəcədə” narazı salıb. Üstəlik Moskvadan bunu rəsmi Yerevanın diqqətinə çatdırmağı da lazım biliblər.

Rəsmi Moskva nəinki Paşinyanın Brüsselə gözlənilən səfərindən narazıdır, üstəlik NATO rəsmisi Ceyms Appaturayın bu səfərlə bağlı bəyanatından da xoşu gəlməyib. Ceyms Appaturay bu səfəri şərh edərək NATO-nun Ermənistanla tərəfdaşlığı dərinləşdirmək niyyətində olduğunu bildirib.

Xəbərlərə görə rəsmi Moskvanın mövqeyinin Yerevana çatdırılmasından sonra Ermənistan XİN bir neçə gün ərzində bu məsələni "çeynəyib”,Rusiyaya izah etməyə çalışıb ki, Ermənistan baş naziri NATO sammitinin əsas gündəliyinin müzakirəsində iştirak etməyəcək, Əfqanıstandakı sülhməramlı əməliyyatlarla bağlı müzakirələrə qatılacaq. Hansı ki, NATO sammtinin gündəliyinə əsasən alyans üzvləri Rusiyanın təcavüzünün qarşısının alınmasını müzakirə edəcəklər.
Paşinyan Putini necə özündən çıxardı...













Lakin Ermənistan tərəfinin bu cür izahat vermək cəhdləri Rusiyanı tamamilə özündən çıxarıb. Hər halda Paşinyan Brüsselə getməyə hazırlaşır və orada NATO Baş katibi Yens Stoltenberglə görüşü planlaşdırılır.

Əslində Ermənistanın NATO ilə əməkdaşlığı hələ Paşinyanın hakimiyyətə gəlişindən əvvəl Moskvanın xoşuna gəlmirdi.Çünki son illər Ermənistan NATO ilə tərəfdaşlığı bir neçə istiqamətlər üzrə genişləndirib , alyansın təlimlərində və proqramlarında yaxından iştirak edib. İndi isə Paşinyanın hökuməti bu xətti daha da irəli aparmaq niyyətindədir. Hansı ki, onun qərbyönümlü kadrlardan formalaşmış hökuməti onsuz da Moskvada ciddi narahatlıq doğurmuşdu.
Paşinyan Putini necə özündən çıxardı...













Belə görünür ki, Kremli təkcə Paşinyanın Brüsselə səfəri qəzəbləndirməyəcək. "Jamanax” qəzetinin yazdığına görə sentyabrın 8-də ABŞ-dan Ermənistana böyük nümayəndə heyəti səfər edəcək. Nümayəndə heyətinin tərkibində konqresmenlər və senatorlar, habelə iri Amerika korporasiyalarının nümayəndələri yer alacaq.

Bu nümayəndə heyətinin məqsədi Ermənistanın yeni hakimiyyətinə siyasi və iqisadi dəstək verməkdir. Gözlənilir ki, Ermənistana ABŞ-dan iri həcmdə investisiyaların yatırılması müzakirə olunacaq.
Paşinyan Putini necə özündən çıxardı...












"Qraparak” qəzeti isə Rusiyanın Paşinyan hakimiyyətinə münasibətinə dair daha bir maraqlı xəbəri çatdırıb. Orada deyilir ki, MDB-yə, KTMT-yə üzv olan ölkələr arasında məxfi informasiyaların mübadiləsi zamanı kifayət qədər ilginc vəziyyət yaranıb. Rusiya tərəfi məxfi informasiyaları Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryana verməməyi tapşırıb.

"Mötəbər və informasiyalı mənbələrin məlumatına görə Rusiyanın təhlükəsizlik dairələri Ermənistanın milli təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana etibar etmir. Çünki o, Ermənistanda keçirilmiş "Putin fuck” aksiyalarının təşkilatçılarından və Ermənistanın KTMT-dən çıxmasına çağıranlardan biridir. Buna görə də Milli Təhlükəsizlik Xidmətinə, Müdafiə Nazirliyinə, silahlı qüvvələrin Baş qərargahına məxfi informasiyaların təqdim edilməsi zamanı tələb qoyulur ki, həmin informasiyalar milli təhlükəsizlik Şurasından yan keçsin və Qriqoryana təqdim olunmasın”-qəzet yazır.
Paşinyan Putini necə özündən çıxardı...











Ermənistanın yeni hakimiyyəti ilə Kreml arasında bu etimadsızlığın daha da dərinləşəcəyi gözlənilir. Paşinyan hakimiyyətə gələndən sonra Rusiyanın ünvanına nə qədər xoş sözlər deməyə çalışsa da birmənalıdır ki, Kremldə ona və hökumətinə etibar etmirlər, üstəlik qərbə meyllənməyin Ermənistana hansı qiymətə başa gələ biləcəyinə dair müxtəlif kanallarla mesajlar da

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər