dunya
3.08.2018, 10:18
İki ton kokain daşıyan gəmi saxlanılıb

Kosta-Rika sahillərinə tonla narkotik daşıyan gəmi saxlanılıb.
“dogruxeber.tv” xarici KİV-ə istinadən xəbər verir ki, şübhəli gəmi Sakit Okeanda, ölkə sahilindən 150 km aralıda tutulub. Gəmiyə baxış zamanı içərisində 2 ton kokain olduğu məlum olub. Əməliyyat ABŞ-dan alınan məlumatlar əsasında aparılıb. Bildirilir ki, sərhəd mühafizəçiləri narkotiki müsadirə edib, Kolumbiya vətəndaşı olan 3 ekipaj üzvünü saxlayıblar.


