dunya
18.08.2018
Filippində sərnişin təyyarəsi qəzaya uğradı

Çinin Xiamen Hava Yollarına məxsus “Boeing 737-800” model sərnişin təyyarəsi Filippinin paytaxtı Manilada hava limanına enərkən qəzaya uğrayıb.
“dogruxeber.tv” İHA-ya istinadən xəbər verir ki, təyyarə gövdəsi üzərində yerə oturub.
Dərhal sərnişinlər təyyarədən təxliyyə ediliblər.
Xoşbəxtlikdən hadisə zamanı ölən və yaralananlar olmayıb.
Qəzanın səbəbi araşdırılır.


