Xammalı pulsuz olan “Azərsu”dan 500 milyon zərər – ABSURD













“Azərsu” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 694,439 mln. manat təşkil edib. Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 14,15% çoxdur.
Bu barədə qurumun maliyyə hesabatında bildirilir.
Məlumata görə, 2017-ci ildə səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 22,1% azalaraq 755,799 mln. manata, çatışmayan cəmi kapitalı isə 83% və yaxud 5,9 dəfə azalaraq 61,36 mln. manata düşüb.
Ötən il “Azərsu”nun içməli su və kanalizasiya xidmətinin satışından gəlirləri 165,745 mln. manat (əvvəlki ilə nisbətən 3,7% çox), satışlarının maya dəyəri 85,727 mln. manat (1,4% çox), inzibati xərcləri 31,216 mln. manat (57% çox), satış və paylanma xərcləri 66,737 mln. manat (25,8% az), digər əməliyyat xərcləri 567,416 mln. manat (4,4% çox), məzənnə fərqindən zərəri 3,129 mln. manat (92,1% və yaxud 12,7 dəfə az), digər gəlirləri 83,866 mln. manat (14,4 dəfə çox), maliyyə xərcləri 3,574 mln. manat (4,25 dəfə çox) təşkil edib. Son nəticədə qurumun vergiyəqədərki zərəri 508,188 mln. manat olub ki, bu da illlik müqayisədə 17,05% azdır.
Ötən il “Azərsu” əvvəlki ilə nisbətən 41,5% az – 162 min manat mənfəət vergisi ödəyib və 2017-ci ili 508,35 mln. manat xalis zərərlə başa vurub. Bu, 2016-cı illə müqayisədə 17,1% azdır.
Bununla belə, səhmdar cəmiyyətinin yığılmış zərəri 5 904,502 mln. manata çatıb. Bunun 5 843 142 mln. manatlıq hissəsi 400 mln. manatlıq nizamnamə kapitalı, 1 568,732 mln. manatlıq əlavə ödənilmiş kapital və 3 874,41 mln. manatlıq dövlət investisiyaları hesabına kompensasiya edilib. (Qaynarinfo)

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər