gundem
9.09.2018
Bakıda və Abşeron yarımadasında zəif toz dumanı olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə Bakıda və Abşeron yarımadasında sentyabrın 9-da gecə saatlarından etibarən zəif toz dumanının olacağı proqnozlaşdırılır.
Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, buna səbəb ölkə ərazisində əsən şimal-qərb küləyinin şimal-şərq küləyi ilə əvəz olunması nəticəsində Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır. Belə tozlu hava şəraitinin qısa müddət ərzində davam edəcəyi gözlənilir.


